Accessibility links

Türkiyədə zəlzələnin baş verdiyi bölgədə xilasetmə işləri aparılır


Türkiyənin şərqində güclü zəlzələ baş verib. Nəticədə azı 22 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Xilasetmə işçiləri şənbə günü dağılmış binaların altında sağ qalan insanları çıxarmağa çalışır.

Cümə günü axşam saatlarında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər itkin düşüb. Zəlzələnin episentri Türkiyənin şərqində yerləşən Elazığ vilayətinin Sivrice şəhəri olub.

"Çox qorxulu iti. Mebellər üstümüzə düşdü. Biz tez küçəyə qaçdıq” – deyə, 47 yaşlı Məlahət Can AFP-yə bildirib.

Elazığ
Elazığ

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, zəlzələnin təsirinə məruz qalmış insanlara yardım etmək üçün bütün addımlar atılır.

"Biz xalqımızın yanındayıq" – Ərdoğan Twitter hesabında yazıb.

Türkiyə hökükmətinin Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi agentliyi (AFAD) bildirib ki, Sivricedə zəlzələ yerli vaxtla axşam saat 8:55-də baş verib. Türkiyə böyük fay xətləri üzərində yerləşir və orada tez-tez zəlzələlər baş verir.

Türkiyə televiziyasında insanların təlaş içində küçələrə qaçdığı, bir binanın damının yandığı göstərilib.

Daxili İşlər, Ətraf Mühit və Səhiyyə nazirlikləri Elazığ və qonşuluqdakı Malatya vilayətində ölənlərin olduğu barədə məlaumat yayıb.

Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi agentliyinin məlumatına görə, azı 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.

Malatyada dağıntılar arasında ilişib qalan yoxdur, amma Elazığda hazırda 30 nəfərin axtarma və xilasetmə işləri aparılır”, daxili işlər naziri Süleyman Soylu cümə günü bildirib.

Elazığ
Elazığ

Xilasetmə komandaları Elazığdan 30 kilometr aralıda yerləşən kənddə dağılan beş mərtəbəli binanın altında ilişb qalan insanları axtarıblar. Dağıntılar altından bir nəfər çıxarılıb.

Fövqəladə hallar idarəsinin işçiləri və hadisə yerində gözləyən insanlar soyuq havada isti qalmaq üçün küçələrdə ocaqlar qalayıb.

Malatyada evləri dağılmı insanlar idman mərkəzləri, məktəblər və qonaq evlərinə yerləşdirilib.

Zəlzələ Türkiyənin İraq və Suriya ilə sərhədləri yaxınlığında yerləşən bir neçə şəhərində də hiss edilib. NTV kanalı qonşu şəhərlərin zəlzələnin baş verdiyi bölgəyə xilasetmə komandaları göndərdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG