Accessibility links

Türkiyədəki uyğur qaçqınlarını narahat edən vəziyyət yaranıb


Türkiyədəki uyğur qaçqınlarını narahat edən vəziyyət yaranıb
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Türkiyədəki uyğur qaçqınlarını narahat edən vəziyyət yaranıb

Türkiyə Çin zülmündən qaçan uyğurlara sığınacaq verirdi, lakin hüquq qrupları Türkiyə parlamentinin Çin ilə ekstradisiya müqaviləsi bağlamağa hazır olduğundan narahatdır. Bu da Türkiyədəki uyğur icmasını narahat edib.

Mədinə Nazimi hər gün İstanbulda Çin konsulluğunun qarşısında uyğurlarla birgə Çində əksəriyyəti müsəlman olan azlıqlara qarşı basqılara etiraz olaraq nümayişlər keçirir.

“Dörd ildir bacımdan heç bir xəbər ala bilmirəm. Onun Çin hökuməti tərəfindən həbs düşərgəsinə aparıldığını, ancaq iki il sonra sərbəst buraxıldığını eşitmişdim. Ancaq sonra 2019-cu ildə Türkiyədə universitetdə oxuduğu üçün yenidən separatçılıq ittihamı ilə həbs olunub” - deyə, uyğur qaçqını Mədinə Nazimi bildirib.

On illərdir ki, Türkiyə uyğur qaçqınlarına, o cümlədən terrorçuluqda ittiham olunduqları üçün Çin tərəfindən axtarılanların bir qisminə sığınacaq təklif etmişdi. Türkiyə parlamenti Çin ilə ekstradisiya müqaviləsini nəzərdən keçirərkən, insan haqları qrupları Türkiyədəki etibarlı sığınacağın təhdid olunacağı barədə xəbərdarlıq edib.

"Bu, parlamentdə təsdiqlənərsə, biz cinayət törədib törətmədikləri təsdiqlənmədən insanları Çinə təslim etmək məcburiyyətində qalacaq bir qanuni sənəd qəbul etmiş olacağıq" - deyə, Beynəlxalq Qaçqın Hüquqları Assosiasiyasının üzvü İbrahim Ergin qeyd edib.

Ekstradisiya müqaviləsi Türkiyə-Çin iqtisadi və maliyyə əlaqələrinin dərinləşməsi fonunda baş verir. Çin eyni zamanda, Türkiyənin qabaqcıl Covid-19 peyvəndlərinin istehsalçısıdır. Vaksinlərin göndərilməsindəki gecikmələr, Türkiyədə bəziləri tərəfindən Pekinin Türkiyə Parlamentinə ekstradisiya müqaviləsini təsdiqləməsini sürətləndirməsi üçün təzyiq göstərməsi kimi şərh edib. Həyəcan keçirən uyğur lideri sosial şəbəkələrdə dəstək üçün Türkiyə cəmiyyətinə müraciət edib. Seyit Tümtürk Amerikanın Səsinə bildirib ki, cavab müsbət olub.

“Bizi xoşbəxt edən çox müsbət reaksiyalar oldu. Türkiyəli qardaşlarımız uyğur qonşularının evlərinə gedərək dedilər: ‘Bu qanun Türkiyədə keçməyəcək, biz sizin üçün buradayıq. Bunu keçirsələr, hamımızı sizinlə Çinə təslim edə bilərlər. Bundan artıq dəstək reaksiyası ola bilərmi?” - deyə, Tümtürk bildirib.

Bəlkə də hökumət tərəfdarları arasında uyğur icmasının güclü dəstəyini nəzərə alaraq Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu uyğurların Çinə təhvil verilməyəcəyinə söz verib.

Ancaq bu cür vədlər uyğurların qorxularını azaltmaq üçün çox az şeyi ifadə edir.

"Çinlə iqtisadi və texnoloji əlaqələrdəki artım səbəbi ilə Türkiyənin uyğurlara artıq açıq dəstək təklif etdiyinə inanmıram" - deyə, uyğur qaçqını Əzimət Məhəmməd bildirib.

İndiyə qədər Türkiyə uyğurların ən güclü dəstəkçilərindən biri olmuşdur, lakin bir çox uyğurun qorxusu praqmatizmin prinsipləri yox etməsidir.

XS
SM
MD
LG