Accessibility links

Türkiyədən gələn avtobus qəzaya uğrayıb


Avtobus qəzaya düşüb -arxiv
Avtobus qəzaya düşüb -arxiv

Sentyabrın 7-də gecə saatlarında İstanbul-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Qazax-Bakı avtomobil magistralının Şəmkir rayonunun Sarıtəpə kəndi (Bakıdan 390 kilometr qərb) ərazisində yük avtomobili ilə toqquşub.

Azərbaycan Səhiyyə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, bir nəfər hadisə yerində ölüb. Bədən xəsarətləri alan 15 nəfər Şəmkir rayonundakı xəstəxanaya yerləşdirilib. Onların çoxu ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananı tərk edib.

Hazırda xəstəxanada 2 kişi, 4 qadın qalıb. Onlardan birinin vəziyyəti kritikdir, komadadır.

XS
SM
MD
LG