Accessibility links

Türkiyəli müstəntiqlər Səudiyyə konsulluğunda yenidən axtarış aparıb


Türkiyə müstəntiqləri cümə axşamı İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda və konsulun yaxınlıqda yerləşən iqamətgahında səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə əlaqədar olaraq axtarış həyata keçirib.

Bundan öncə tibbi ekspertiza komandası bazar ertəsi konsulluqda, oktyabrın 2-də ora daxil olandan sonra Xaşuqcinin başına nə gəldiyini öyrənmək üçün ipucuları axtarıb.

Səudiyyə krallığının tənqidçisi və Washington Post qəzetinin yazarı olan Xaşuqcidən o gündən bəri xəbər alınmayıb.

Səduiyyəli jurnalist Camal Xaşuqci
Səduiyyəli jurnalist Camal Xaşuqci

ABŞ prezidenti Donald Tramp çərşənbə günü deyib ki, o, “əgər varsa”, Türkiyədən Xaşuqcinin yoxa çıxmasına dair audio və video kəşfiyyatını istəyir, lakin eyni zamanda ABŞ-ın müttəfiqi Səudiyyə Ərərbistanına da dəstəyini ifadə edib.

“Səudiyyə Ərəbistanı müttəfiqdir və bizdən təkcə hərbi avadanlıq deyil, başqa mallar da alır. Mənim səfərim zamanı onlar bizdən 450 milyard dəyərində mal və yüz ya da on milyardlarla dollar dəyərində hərbi avadanlıqlar alacaqlarını vəd etdilər” – deyə, Tramp bildirib.

Türkiyənin tibbi ekspertizası Səduiyyə Ərəbistanı konsulunun İstanbuldakı iqamətgahına daxil olur
Türkiyənin tibbi ekspertizası Səduiyyə Ərəbistanı konsulunun İstanbuldakı iqamətgahına daxil olur

Türkiyə rəsmiləri deyir ki, səudiyyəli agentlər Xaşunqcini öldürərək, onun bədənini parçalara bölüb, lakin səudiyyə rəsmiləri onun konsulluqdan çıxıb getdiyini söyləyir. Heç bir ölkə sübut irəli sürməyib.

ABŞ dövlət katibi Mayk Pompeo həm Səudiyyə Ərəbistanı həm də Türkiyə liderləri ilə görüşərək, məsələ ilə bağlı narahatlığını ifadə edib və prezident Donald Trampın nə baş verdiyini öyrənmək istədiyini söyləyib.

Bundan öncə isə Pompeo deyib ki, səudiyyə liderləri ilə görüşü zamanı onlar Xaşuqcinin yoxa çıxması ilə bağlı faktlardan danışmaq istəməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG