Accessibility links

Türkiyəli NBA basketbolçu Trampdan Türkiyədəki vəziyyətə diqqət yetirməsini istəyib


Türkiyəli NBA basketbolçu Trampdan Türkiyədəki vəziyyətə diqqət yetirməsini istəyib
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Nyu-York Niksin basketbolçusu Enes Kanter ABŞ prezidenti Donald Trampı Türkiyədəki insan hüquqlarının vəziyyəti haqqında daha çox danışmasına çağırıb. İstanbul prokurorları isə basketbolçunun Fətullah Gülənlə əlaqələrinə görə həbs olunaraq, Türkiyəyə ekstradisiya olunmasını tələb edir.

26 yaşlı mərkəz oyunçusu Enes Kanter Rəcəb Tayyib Ərdoğan və onun insan hüquqları siyasətinin açıq tənqidçisi olub. O, ötən il Türkiyə məhkəməsi tərəfindən silahlı terrorist qrupa məxsus olmaqda ittiham olunub. Basketbolçu ittihamları rədd edir.

İstanbul prokurorunun sözçüsü cümə axşamı bildirib ki, basketbolçunun həbs olunub, ekstradisiya olunması üçün İnterpola müraciət edilib. İnterpol xəbərə münasibət bildirməyib.

Kanter artıq Konqresdəki bəzi Demokrat və Respublikaçılarla görüşdüyünü, lakin hələlik Tramp administirasiyasından heç kəslə danışmadığını bildirib. O əlavə edib ki, Türkiyədəki insan hüquqlarını müzakirə etmək üçün məmnuniyyətlə prezidentlə görüşməyi qəbul edər.

"Düşünürəm ki, Tramp Türkiyədə baş verən hadisələrdən danışmalıdır. Çünki, orada insanların oğurlanıb, həbsxanalarda işgəncəyə məruz qalıb və ya sadəcə öldürüldüyünə dair çoxlu hesabatlar var."

Kanter özünü ABŞ-da fəaliyyət göstərən və 2016-cı ildə uğursuz dövlət çevrilişinin təşkilində şüphəli bilinən dini xadim Fətullah Gülənin yaxın müttəfiqi kimi təsvir edir. Fətullah Gülən ona qarşı qaldırılan bu ittihamları rədd edir.

Fikirlərinə görə ölüm təhdidi aldığını bildirən Kanter əlavə edib ki, Türkiyə agentləri və ya Ərdoğan tərəfdarlarının ona zərər verə biləcəyi təhlükəsinə görə basketbolçu komandasının Londonda keçirdiyi oyunu buraxmalı olub.

"İnsanlar soruşurlar ki, bu işi ciddi qəbul edirsinizmi? Əlbəttə. Bunlar ölüm təhdidləridir. Onları ciddiyə almaq lazımdır. Mən Niksin təhlükəsizlik əməkdaşı ilə danışdım. Onlar məndən bütün təhdidlərin skrinşotunu istədilər. Ancaq bu təhdilər o qədər çoxdur ki, mən onları skrinşot etməyin bir mənası olmadığını düşündüm.

Vaşinqtonda Türk səfirliyinin nümayəndəsi Kanterin şərhləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə suallar ünvanlayıb. Xarici İşlər Nazirliyi hələlik şərhlərə cavab verməyib. Öz növbəsində Ağ Ev də hadisəyə münasibət bildirməyib.

2 metr 11 santimetr hündürlüyündə olan basketbolçu Londona səfər edə bilmədiyindən komandasının Vaşinqton Vizarda qarşı oyununu Nyu York şəhərindəki evindən izləyəcəyini bildirib.

"Mən iki sıfırlı Cersi formanı geyəcəyəm və kürsüdə komanda yoldaşlarımla birlikdə otururmuş kimi onları dəstəkləyəcəm. Mən oyunda olduğumu hiss etmək istəyirəm." - deyə, Enes Kanter qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG