Accessibility links

Türkiyəli və amerikalı diplomatlar amerikalı rahibi müzakirə edib


ABŞ Dövlət Departamenti şənbə günü bildirib ki, dövlət katibi Mayk Pompeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu terror və casusluq ittihamı ilə Türkiyədə həbsdə olan amerikalı rahib Endrü Bransonu müzakirə edib.

Onlar arasında baş tutan danışığın detalları açıqlanmasa da, Dövlət Departamentinin sözçüsü Hether Nauert deyib ki, iki diplomat “bu məsələni həll etməyə və hər iki tərəfi narahat edən digər məsələlərlə bağlı davamlı danışıqlar aparmağa qərarlıdır”.

Əslən Şimali Karolinadan olan yevangelist rahib Branson ABŞ-da yaşayan müsəlman ruhani Fəthullah Gülənin şəbəkəsinə yardım etməkdə və Kürdüstan Fəhlə Partiyasını (PKK) dəstəkləməkdə ittiham olunur. Türkiyə Güləni 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğana qarşı çevrilişə cəhd etməkdə günahlandırır.

Bransonun həbsi NATO müttəfiqləri olan Türkiyə ilə ABŞ arasında münasibətləri gərginləşdirib. ABŞ prezidenti Donald Tramp rahibin azadlığa buraxması üçün Türkiyəyə təzyiq göstərmək məqsədilə sanksiya tətbiq etməklə hədələyib.

Branson çərşənbə günü ev dustaqlığına buraxılmadan öncə 21 ay ərzində həbsdə olub.

İttihamları rədd edən 50 yaşlı Branson, rəsmi olaraq ittiham olunsa 35 il müddətinə həbs cəzası ilə üzləşə bilər.

Pompeo çərşənbə günü Twitter hesabında yazıb ki, Branson “artıq çoxdan”ev dustaqlığına köçürülməli idi. O həmçinin əlavə edib ki, ABŞ Ankaradan əlavə addımlar atmasını gözləyir.

Tramp dəfələrlə Bransonun azadlığa buraxılmasına çağırıb. ABŞ prezidenti atdığı tvitdə Bransonun həbsini “tam rüsvayçılıq”adlandırıb və əlavə edib ki, “o, yanlış heç nə etməyib və onun ailəsinin ona ehtiyacı var”.

Branson Ərdoğanın çevriliş cəhdindən sonra tətbiq etdiyi fövqəladə vəziyyət çərçivəsində bənzər ittihamlarla həbs etdiyi on minlərlə insandan biridir.

Fövqəladə vəziyyət iyulun 18-də başa çatıb, lakin Türkiyənin qanunverici orqanı çərşənbə günü “terror əleyhinə mübarizə” ilə bağlı yeni qanun qəbul edib. Bu qanun hüquq-mühafizə orqanlarına şübhəliləri həbs edib, ictimai asayişi bərpa etmək üçün əlavə səlahiyyət verir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG