Accessibility links

Türkiyənin dəstəklədiyi Suriya qüvvələri Mənbicə doğru irəliləyir


Arxiv fotosu - Türkiyənin dəstəklədiyi Azad Suriya ordusunun əsgərləri Afrin şəhəri yaxınlığında, 28 yanvar, 2018.
Arxiv fotosu - Türkiyənin dəstəklədiyi Azad Suriya ordusunun əsgərləri Afrin şəhəri yaxınlığında, 28 yanvar, 2018.

Türkiyənin dəstəklədiyi Suriya qüvvələri Vaşinqtonun ABŞ hərbi qüvvələrini Suriyadan çıxarması qərarını elan etməsindən sonra Mənbic şəhəri ətrafında mövqelərini möhkəmlədir. Bu haqda üsyançı qüvvələrin sözçüsü bildirib.

Hərbi aktivlik Ankara və Vaşinqtonun ABŞ-ın əsgəri qüvvəsinin çıxarılmasını koordinasiya etmək haqda razılıq əldə etməsindən sonra müşahidə edilir. Vəzifəsindən getməkdə olan ABŞ müdafiə naziri Cim Mattis Amerika qüvvələrinin Suriyadan çıxarılması qərarını imzalayıb.

Arxiv fotosu - Türkiyə hərbi qüvvələrinin əsgərlri Afrində, 24 mart, 2018.
Arxiv fotosu - Türkiyə hərbi qüvvələrinin əsgərlri Afrində, 24 mart, 2018.

ABŞ prezidenti Donald Trampın əsgəri qüvvənin Suriyadan çıxarılmasına dair gözlnilmədən verdiyi qərar Amerikanın regionda siyasətində əsaslı dəyişiklikdən xəbər verir. Birləşmiş Ştatların qərarı Türkiyənin Suriyada kürdlərin YPG qüvvələrinə qarşı mübarizəsini gücləndirməsinə təkan verir.

Türkiyə və ABŞ hərbi qüvvələri Suriyada Mənbic şəhəri ətrafında birgə patrul keşyi çəkir, 1 noyabr, 2018.
Türkiyə və ABŞ hərbi qüvvələri Suriyada Mənbic şəhəri ətrafında birgə patrul keşyi çəkir, 1 noyabr, 2018.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü telefon söhbəti zamanı ABŞ hərbi qüvvələrinin Suriyadan tədricən və koordinasiya edilmiş şəkildə çıxarılması məsələsini müzakirə ediblər.

Ərdoğan ABŞ-ın hərbi qüvvələrini ərazidən çəkmək qərarını alqışlayıb. Türkiyə prezidenti uzun müddət NATO müttəfiqini İslam Dövləti qrupuna qarşı mübarizədə Suriyanın kürd YPG döyüşçülərini dəstəklədiyinə görə kəskin tənqid edib. Ankara YPG-ni terrorçu qrup və Türkiyə ərazisində kürd muxtariyyəti uğrunda döyüşən PKK-nin qolu hesab edir.

XS
SM
MD
LG