Accessibility links

Türkiyənin Gürünlü kəndi məzunları ilə qürur duyur


Türkiyənin Gürünlü kəndi məzunları ilə qürur duyur
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Türkiyənin Diyarbakır bölgəsinin Gürünlü kəndi öz universitet məzunlarının sayı ilə qürur duyur. Kənddəki ilk orta məktəb 70 il əvvəl açılıb və o vaxtdan bəri bir çox həkim, hakim, tibb işçisi və müəllim məktəbin məzunu olub.

Gürünlü Türkiyənin cənub-şərq bölgəsinin yüzlərlə il tarixə malik ən qədim kəndlərindən biridir. Bir neçə yüz insan əhalisi olan Gürünlü hal-hazırda yüksək təhsil göstəricisinə görə tanınır.

Kəndin icra başçısı Ergül Tekeşin dediyinə görə, 70-dən çox həkim, 25-dən çox hakim və 500-dən çox müəllim və tibb işçisi əslən bu kənddəndir. Tekeş bu uğurun səbəbini 1940-cı ildə burada tikilmiş məktəbdə görür. O deyir ki, kənd məktəbi o dövrdəki icra başçısının başçılığı ilə öz hesabına tikib. 72 il əvvəl qadınlar bu məktəb tikmək üçün daşları özkürəklərində gətiriblər. İlk 15 məzun müəllim olub. Bu rəqəm bu kənd üçün olduqca böyük idi, çünki kənddə cəmi 35-ə yaxın ailə yaşayırdı.

Berat Kaplan yerli çobandır, o yenicə məzun olub. O, dövlət xəstəxanasında tibb işçisi işləmək istəyir. O deyir ki, onlar hər yay kəndə ailələrinə kömək etməyə və növbəti tədris ilinə artıq pul qazanmaq üçün gəlirlər. Onların ailələri burada qalırlar, onların işləri ağırdır. Bu cür onlar ailələrinə borclarını qaytarırlar.

Kəndin icra başçısı deyir ki, bütün bu həkimlər, mühəndislər, hakimlər, müstəntiqlər, vəkillər, əsgərlər, polis işçiləri və başqaları heç vaxt Gürünlü ilə əlaqəni kəsməyib. Onlar istrahət etmək və kənd əhalisinə kömək etmək üçün tez-tez kəndə gəlir.

XS
SM
MD
LG