Accessibility links

Türkiyənin hərbi postu Suriya hökumət qüvvələri tərəfindən atəşə tutulub


Türkiyə-Suriya sərhədində Türkiyənin müşahidə postu, 31 may, 2019.
Türkiyə-Suriya sərhədində Türkiyənin müşahidə postu, 31 may, 2019.

Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, Türkiyənin Suriyanın İdlib bölgəsindəki müşahidə postu Suriya hökumət qüvvələrinin nəzarətində olan ərazidən minomyotlardan atəşə siladəydiyi, lakin tələfatların olmadığı bildirilir.

Müdafiə Nazirliyi Türkiyə silahlı qüvvələrinin hücuma dərhal ağır artilleriya silahları ilə cavab verildiyini, durumun yaxından izlənildiyi və insidentlə bağlı Rusiyanın məlumatlandırıldığını bildirib.

“Rejim tərəfindən bizim əsgərlərimizin hədəf alan təcavüzünə dözümlülük göstərə bilmərik. Biz onlara yerlərini göstərəcəyik” - deyə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya sərhəddəki Hatay bölgəsində televiziya ilə yayımlanan çıxışı zamanı bildirib.

Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasında hücumun nə zaman baş verdiyi dəqiqləşdirilməyib, lakin müşahidə postunun Suriya hərbi qüvvələrinin nəzarətindəki Tall Bazan ərazisindən atəşə tutulduğu və bunun qəsdən edilmiş hücum olduğu qeyd edilib.

Ölkədə səkkiz ildir gedən vətəndaş müharibəsində Suriya prezidenti Bəşar Əsədi dəstəkləyən Rusiya və Əsəd rejiminə qarşı döyüşən üsyançılara dəstək verən Türkiyə ərazidə gərginliyin azaldılması məqsədiəl keçən ildən qüvvəyə minmiş razılaşmanın sponsorlarıdır.

Lakin son aylar razılaşmaya əməl olunmaması nəticəsində yüz minərlə insan İdlib bölgəsini tərk etmək məcburiyyəti qarşısında qalıb. İdlib vətəndaş müharibəsində hökumət əleyinə döyüşən üsyançıların son istinadgahıdır.

Çavuşoğlu deyib ki, bu son “aqressiya” Türkiyənin Rusiya ilə imzaladığı İdlib razılaşması ilə ziddiyyət təşkil edir.

XS
SM
MD
LG