Accessibility links

Türkiyənin iğtişaş polisi qadınların etiraz aksiyasını dağıdıb


Türkiyənin iğtişaş polisi qadınlara qarşı zorakılıq edən kişilərin cəzasızlığına son qoyulmasına çağıran minlərlə qadının iştirakı ilə keçirilən yürüşü dağıtmaq üçün gücdən istifadə edib.

Polis 2 minə yaxın insanın İstanbulun İstiqlal küçəsində yürüş etməsinin qarşısını alıb.

Polis etirazçılara qarşı bibər qazından istifadə edib. Bəzi şahidlər gözyaşardıcı qazdan və rezin güllələrdən də istifadə olunduğunu bildirib. Ölən və ya həbs olunanların olduğuna dair məlumatlar verilməyib.

Yürüşün təşkilatçıları deyir ki, onlar qadınları öldürən və ya istismar edən ər və sevgililərə yüngül cəzaların verilməsindən təngə gəlib.

Bazar ertəsi keçirilən etiraz zamanı öndə yürüyən qadınlar əllərində üzərində “Biz bir qadını daha itirməyə dözə bilmərik" yazılan plakat nümayiş etdirib.

Türkiyə qadın haqları qrupu bildirir ki, bu il 380 qadın öldürülüb.

Türkiyə məhkəməsi bu yaxınlarda bir kişini avqust ayında 10 yaşlı qızının önündə keçmiş arvadının boğazını kəsdiyinə görə ömürlük azadlıqdan məhrum edib.

Qətl anı videoya alınıb, internetdə yayılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG