Türkiyə məhkəməsi 2016-cı ildə ölkədə çevriliş cəhdi ilə əlaqəsi olduğu iddia edilərək, həbs edilmiş iki tanınmış jurnalistin şərti olaraq sərbəst buraxılması haqda qərar verib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, "terrorçu qrupa kömək etdiklərinə görə" müvafiq olaraq 10 il yarım və 8 il 9 ay müddətində cəza çəkən Əhməd Altan və Nazlı İliçak bazar ertəsi axşam saatlarında həbsxanadan çıxıb.
Onların hər biri çəkdiyi 3 il həbs müddətindən azad edilib və hər ikisinə ölkəni tərk etməmək barədə göstəriş verilib.
Jurnalistlər Ankaranın Rəcəb Tayyib Ərdoğanı hədəf alan çevriliş cəhdini təşkil etməkdə ittiham etdiyi, Birləşmiş Ştatlarda yaşayan müsəlman din xadimi Fəthullah Gülənlə əlaqədə gunahlandırılırdı.
Türkiyədə tanınmış ziyalılar olan Altan və İlicak 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilmişdilər. Lakin apellyasiya məhkəməsi bu ilin iyul ayında hökmün ləğv edilməsi haqda qərar çıxarıb.