Accessibility links

Türkiyənin milli müdafiə naziri Azərbaycanda səfərdədir


Dekabrın 31-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

Türkiyə müdafiə naziri Hulusu Akar prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Türkiyə Milli Müdafiə Nazirliynin məlumatına görə, səfər zamanı Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənovla birgə hərbi mərasimdə də iştirak edib.

Nazir Akar 44 günlük döyüşlərə iştirak edərək deyib ki, Azərbaycan Ordusu gözlərini qırpmadan etməsi lazım olanı etdi.

“Siz həqiqətən, Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarının azadlığı uğrunda imanla dolu sinələrinizi sipər etdiniz. `Əsgər Marşı'nda "Azərbaycan əsgəri geri dönməz" deyildiyi kimi hamı ölkəsi və bayrağı üçün canını qoydu və Azərbaycan Silahlı Qüvvələri torpaqların təhlükəsizliyi üçün lazım olduğunu etdi, bu torpaqları əsl sahibinə qaytardı,” o qeyd edib.

Türkiyənin milli müdafiə naziri Azərbaycanda səfərdədir
Türkiyənin milli müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyə milli müdaqfiə naziri münaqişə zonasında atəşəksə nəzarət edəcək Rusiya-Türkiyə Monitorinq Mrəkəzi barədə də danışıb.

“Bölgəni ən qısa müddətdə təhlükəsiz vəziyyətə gətirmək və bütün insanları Azərbaycan dövlətinin qanunları çərçivəsində yaşamaq üçün təhlükəsiz və rahat etmək üçün səylərimizi davam etdiririk. Bu Birgə Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və türk-rus əsgərləri ilə birlikdə çalışaraq azərbaycanlı qardaşlarımızın hüquqlarını və qanunlarını qorumaq vəzifəmizi yerinə yetirəcəyik," o qeyd edib.

XS
SM
MD
LG