Accessibility links

"Türkiyənin S-400 qərarı yanlış və məyusedicidir"


Ordu Katibi Mark Esper Senatın Silahlı Qüvvələr Komitəsi dinləməsində ifadə verir. Vaşinqton, 16 iyul, 2019.
Ordu Katibi Mark Esper Senatın Silahlı Qüvvələr Komitəsi dinləməsində ifadə verir. Vaşinqton, 16 iyul, 2019.

Prezident Donald Trampın ABŞ müdafiə naziri postuna irəli sürdüyü namizəd Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemi almaq planını sərt tənqid edib. Ordu Katibi Mark Esper Rəcəb Tayyib Ərdoğan hökumətinin ötən həftə sistem hissələrini Rusiyadan qəbul etməsini “yanlış” adlandırıb.

“Onların (Türkiyənin) S-400 barədə qərarı yanlışdır və məyusedicidir,” deyə Esper Senatın Silahlı Qüvvələr Komitəsi dinləməsində bəyan edib. Dinləmənin məqsədi Mark Esperin müdafiə naziri postuna təsdiq edilməsidir.

Siz ya S-400-ə, yaxud da F-35-ə malik ola bilərsiz. Hər ikisinə yox.

Ankaranın son qərarı ruslara inkişaf etmiş radar texnologiyasını NATO-nun əsas müttəfiqlərindən birində yerləşdirmək imkanı verir. Bu, isə öz növbəsində NATO-nun Türkiyədəki mövcud hərbi sistemini təhlükə altına qoyur.

S-400 raketlərindən potensial olaraq NATO təyyarələrini hədəf almaq üçün istifadə oluna bilər. Bu sıraya NATO-nun son model təyyarələri olan F-35 İldırım II daxildir.

Xüsusi texnoloji cəhətlərə malik F-35 İldırım II dünyanın ən qüdrətli hərbi təyyarələrindən biri sayılır.
Xüsusi texnoloji cəhətlərə malik F-35 İldırım II dünyanın ən qüdrətli hərbi təyyarələrindən biri sayılır.

Esper Türkiyə müdafiə naziri Hulusi Akara telefon zəngində söylədiklərini senatorlar qarşısında təkrarlayıb: “Siz ya S-400-ə, yaxud da F-35-ə malik ola bilərsiz. Hər ikisinə yox.”

“S-400-ün alınması F-35-in imkanlarını və bizim səmalardakı üstünlüyümüzü risk altına qoyur,” Esper əlavə edib.

Bir neçə saat sonra Tramp namizədinin Konqres qarşısında dediklərinə dəstək ifadə edib və elan edib ki, Vaşinqton Ankaraya F-35 satmayacaq.

“Biz məsələ üzərində işləyirik. Görək nə olacaq, ancaq bu, insaflı deyil,” Tramp deyib.

XS
SM
MD
LG