Bir zamanlar prezident Tayyib Ərdoğanın ən yaxın müttəfiqi və Türkiyənin sabiq baş naziri Əhməd Davutoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verdiyini elan edib. Partiyanı yarıtmaz idarəçiliklə ittiham edən Davutoğlu gözlənildiyi kimi hələ ki, yeni partiya yaratmayıb.
"Kiçik bir komandanın nəzarəti altına keçən Ədalət və İnkişaf Partiyası artıq ölkəmizin problemlərini həll etmək gücünə sahib deyil," Davutoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.
Davutoğluya beş millət vəkili qoşularaq AKP-dən istefa verdi.
"Daxildə qiymətləndirmənin olmadığı, danışıqlar üçün bütün kanalların bağlandığı və daxili bir dəyişikliyin olmadığı göz qabağındadır," o, əlavə edib.
Ədalət və İnkişaf Partiyasının digər beş millət vəkili də 60 yaşlı Davutoğluya qoşularaq partiyadan istefa verib.
Partiya siyasətini tənqid etdiyi üçün sabiq baş naizrə qarşı artıq intizam tədbirləri görülmüşdü və gözlənilirdi ki, yaxın günlərdə o, partiyadan kənarlaşdırılacaq.
2002-ci ildən bəri Türkiyəni idarə edən Ədalət və İnkişaf partiyası Davutoğlunun istefası ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
Davutoğlu baş nazir vəzifəsini Ərdoğandan ayrılmazdan əvvəl, 2014-2016-cı illər arasında icra edib. İndi isə o, Ərdoğan və onun rəhbəri olduğu AKP-ni yartımaz iqtisadi idarəçiliyinə, azadlıqlara, əsasən də sərbəst söz azadlığına məhdudiyyətlər qoyduğuna görə tənqid edir.