Accessibility links

Türkiyə səfirliyinin əməkdaşı koronavirusun olmadığı bildirilən Türkmənistanda sətəlcəmdən ölüb


Türkmənistanın paytaxtı Aşqabaddakı Türkiyə səfirliyinin bir əməkdaşı, sətəlcəmdən həyatını itirib. Türkmənistan Orta Asiyada koronavirusa yoluxma hallarının rəsmi olaraq qeydə alınmadığı yeganə ölkədir.

Turkmen.news və Türkiyənin TRT Avaz mətbuat orqanları Türkiyənin səfirliyindəki adı açıqlanmayan vəzifəli şəxslərə istinadən xəbər verir ki,
səfirliyin dini məsələlər üzrə müşaviri Kamal Uckun 7-8 iyul tarixləri arasında Aşqabad xəstəxanasında ölüb.

Məlumata görə Uckun iyunun 27-də ağciyər problemi, ağır öskürək və qızdırma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, 2018-ci ilin yanvarından bəri səfirlikdə işləyirmiş.

Azadlıq Radiosunun Türkmənistan müxbirləri xəbər verir ki, ölkədəki xəstəxanalar sətəlcəm simptomları ilə gələn xəstələri səbəbilə həddindən artıq yüklənib. Tibb işçiləri də daxil olmaqla xəstələrdən bəzilərinin öldüyü bildirilir.

Ölkənin bəzi ərazilərdində sözdə karantin zonaları qurulub. Bəzi sənaye obyektləri bağlanıb. Lakin buna baxmayaraq Türkmənistan rəsmiləri koronavirusa yoluxma halının qeydə alınmadığını söyləməkdə davam edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı bu həftənin əvvəlində vəziyyəti qiymətləndirilmək və Türkmənistan rəsmiləri ilə birgə işləyib, koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə ölkəyə səfər edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG