ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə ABŞ Dövlət Departamentinin press-relizində deyilir.
Məlumatda qeyd edilib ki, ABŞ-Türkiyə əməkdaşlığının bir çox sahələri müzakirə edilib.
“Türkiyə NATO -nun mühüm müttəfiqidir və müzakirələrdə Əfqanıstan və narahatlıq doğuran regional məsələlər üzrə birgə səylər də yer alıb” - deyə, məlumatda deyilir.
Öz növbəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə görüşməsi ilə bağlı özünün "Twitter" səhifəsində yazıb.
"Həmkarım Blinkenlə Əfqanıstanda, Suriyada və Qafqazda baş verən son hadisələri müzakirə etdik. ABŞ ilə regional məsələlər və birgə əməkdaşlıq sahələrində bütün səviyyələrdə dialoqumuzu davam etdirəcəyik".