Accessibility links

Türklər iqtisadi qeyri-müəyyənlikdən narahatdır


Türkiyənin milli valyutası lirə ABŞ və Türkiyə arasında gərginliklərin artdığı və beynəlxalq investorların narahatlıqları fonunda bu gün dollar müqabilində ən aşağı səviyyəyə düşərək, il başlayandan 40 faiz dəyər itirib.

Lirənin dəyərini belə kəskin şəkildə itirməsi türklər arasında gələcəyə dair böyük narahtlıqlar doğurur.

İstanbulun Kadıköy bazarında satıcılar biznesi canlandırmağa çalışır. Lakin insanların çoxu meyvə-tərəvəzə, balıqlara baxıb gedir.

İstanbulda bazarda valyuta mübadilə məntəqəsi
İstanbulda bazarda valyuta mübadilə məntəqəsi

Orqanik məhsullar satan Meltem gələcəyindən narahat olduğunu deyir. Onun sözlərinə görə, qiymətlər qalxacaq, insanların alıcılıq qabiliyyəti ilə azalacaq. O əlavə edir ki, insanların pulu azaldıqca, onlar əvvəlkildən daha az pul xərcləyəcək.

Valyutanın kəskin dəyər itirməsi Türkiyənin onsuz da yüksək inflasiya səviyyəsinin daha da artacağına gətirib çıxara bilər. Bu da ən böyük narahatlıq doğuran məsələlərdən biridir. Türkiyə iqtisadiyyatı əsas etibarilə xaricdən importa, xüsusilə də enerji idxalına əsaslanır.

33 yaşlı müəllim olan Tariq qarşıda çətin günlər gözlədiyini deyərək, xərclərini azaltdığını bildirir. O deyir ki, Türkiyə bir çox malları idxal etdiyi üçün qarşıdan böyük inflasiya gözlənilir. Onun sözlərinə görə, Türkiyədə demək olar hamı inflasiyanın başlayacağından, xüsusilə də istiliyə görə hesabların artmasından qorxur.

İstanbulda valyuta mübadilə məntəqəsi
İstanbulda valyuta mübadilə məntəqəsi

Küçənin o biri tərəfində balıqçı Hüseyn problemlərin olacağını etiraf etsə də, nikbin olmağa çalışır. O deyir ki, dollar ona problem yaratmır, çünki nə qədər çox balıq tutulsa, daha ucuz olacaq. Lakin onun sözlərinə görə, valyuta böhranı iqtisadi çətinliklərlə qarşılaşacaq alıcılara təsir göstərə bilər.

Satıcı Meltem qarşıda iqtisadi qeyri-müəyyənliklə bağlı xəbərdarlıq edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü ölkə valyitasının dəyər itirməsinə görə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını deyib.

O eyni zamanda, Türkiyə iqtisadiyyatının dinamikasının sağlam və güclü olduğunu bildirib.

Bu kimi iddialar beynəlxalq investorlar tərəfindən skeptik qarşılanır. İqtisadçıların çoxu hesab edir ki, ölkə iqtisadiyyatına artıq böyük zərər dəyib və qarşıda daha ağır günlər gözlənilir.

XS
SM
MD
LG