Accessibility links

Türkmənistan dünyada, Azərbaycan isə Qafqazda ən zəif internet sürətinə malik ölkələrdir - hesabat


Türkmənistan dünyada ən yavaş internetə malik ölkə kimi tanınıb. Belə ki, bu ölkədəki istifadəçilər bir filmin yükləməsini bir gün gözləməlidir. Çünki burada internetin gücü 0,50 mb-dir.

Cable.co.uk 2021-ci ildə dünya miqyasında genişzolaqlı internet sürətinə dair hesabatını açıqlayıb. Hesabata əsasən Türkmənistan 224 ölkə arasında sonuncu yerdə gəlir. Hesabatda göstərilir ki, 5 qiqbaytlıq həcmdəki bir film faylı bu ölkədə 22 saat 34 dəqiqə ərzində yüklənir.

Hesabata əsasən bu gizli və təcrid olunmuş Mərkəzi Asiya ölkəsi internet sürətinə görə Yəmən, Cənubi Sudan, Somali və Əfqanıstan kimi müharibədən əziyyət çəkən ölkələrdən belə geridə qalır.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsini dəmir yumruqla idarə edir, bir çox vətəndaşı yoxsulluğa sövq edən iqtisadi böhran fonunda o xarici dünya ilə əlaqələri bağlayıb.

Müqayisə üçün üç keçmiş sovet respublikası - Estoniya, Latviya və Litva hazırda Avropada internet sürətinə görə dünyada ilk 40-lıqda yer alır.
Estoniyada orta sürət saniyədə 84,72 Mbit,-dir ki, bu onu dünyada 22-ci yerə çıxarır. Latviya saniyədə 63.28 Mbit sürətlə 33, Litva isə 56.17 Mbit sürətlə 37-ci yerdə qərarlaşır.

Hesabata əsasən Cənubi Qafqaz ölkələrində ən aşağı sürət Azərbaycanda qeydə alınıb. Belə ki, Azərbaycanda orda sürət 6,63 Mbit saniyədir ki, buda onu 167-ci yerə qaldırır. Müqayisə üçün Gürcüstan 18,83 Mbit sürətlə 112, Ermənistan isə 18,05 Mbit sürətlə 101-ci yerdə gəlir.

Siyahıda birinci yerdə Böyük Britaniya koloniyası olan Cersi adası gəlir. Belə ki, burada istifadəçilərin hamsının genişzolaqlı fiberoptik internetə çıxışı olduğu göstərilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG