Accessibility links

Türkmənistanda 1991-ci ildən bəri ən böyük etiraz aksiyası keçirilib


Türkmənistanda yüzlərlə insan hökumətin ölkənin şərq bölgələrini viran qoymuş külək və yağış fırtınaları nəticəsində vurduğu ziyanları düzəltməyə kömək etməməsinə diqqət çəkmək üçün etiraz aksiyası keçirib. Bu, Türkmənistanda baş tutan nadir etiraz aksiyasıdır.

Türkmənabad şəhər merinin müavinin mayın 14-də aprel və may aylarında fırtına nəticəsində evlərinə ziyan dəyən və elektrik enerjisi kəsilən etirazçılarla görüşmək üçün əraziyə gəldiyi bildirirlir.

Qeyd edək ki, Prezident Qurbanqulu Berdiməhəmmədovun avtoritar hökuməti etirazlar və ya kütləvi nümayişlərə qarşı dözümsüzdür, nəticədə etirazlar bu ölkədə qeyri-adi haldır.

Mayın 15-də Turkmen.news saytı adının açıqlamadığı bir rəsmi şəxsin polisin müşayiəti ilə Türkmənabatın Jeleznodoroga bölgəsinə gəldiyini və təmizlik işlərinə başlanmasını müzakirə etdiyi bildirib.

AzadlıqRadiosu bu bölgədə leysan fırtınaları nəticəsində kəsilən elektrik enerjisini bərpa etməsini tələb edən yüzlərlə adamın etiraz keçirdiyini təsdiqləyib.

Etirazçılar həmçinin dağıntıların təmizlənməsini eləcədə evlərin zirzəmisinə yığılmış suyun çəkilməsini də tələb edib.

Qeyd edək ki, aprelin 27-də başlayan küləkli fırtına mayın 4-ə dək davam edib. Mayın 13-də bu hava şəraiti yenidən geri qayıdıb.

Bu etiraz 1991-ci ildə Türkmənistan müstəqillik qazandıqdan bəri keçirilmiş ən böyük kütləvi etiraz aksiyası olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG