Accessibility links

Türkmənistanın məmurlarına prezidentin atasının ölümündən sonra saçlarını qırxdırmaq tapşırılıb


Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın yüksək rütbəli məmurlarına və böyük özəl şirkətlərin rəhbərlərinə prezident Qurbanqulu Berdiməhəmmədovun atasının ölümündən sonra matəm əlaməti olaraq saçlarını qırxdırmaq və başlarına milli papaq qoymaq tapşırılıb.

Sovet dövründə Türkmənistan hökumətində vəzifəsi olan təqaüdçü polis polkovnik-leytenantı Məlikqulu Berdiməhəmmədov 18 aprel tarixində 88 yaşında vəfat edib.

Əmrə əsasən, dövlət qurumlarında çalışan qadınlar matəm əlaməti olaraq qara rəngli şal taxmalıdırlar. Bu əmr 40 gün müddətinə verilib.

Atasının ölümündən sonra Berdiməhəmmədov 23 aprel Milli At yarışlarına qatılmayıb və yeddi gün ictimaiyyət qarşısına çıxmayıb. Prezidentin baş nazir müavini vəzifəsində çalışan oğlu Sərdar tədbirlərə ev sahibliyi edib.

Son günlərdə prezident rəsmi tədbirlərdə matəm geyimlərində və qara avtomobildə səyahət edərək iştirak edib. Halbuki daha öncə o, ölkədə yalnız ağ maşınların istifadə olunmasına əmr vermişdi.

Məlumata görə, hökumət müxtəlif anım mərasimləri üçün dövlət sektorundan işlərdən pul toplayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG