Accessibility links

Tüstü Melaniya Trampın təyyarəsini hərbi bazaya qayıtmağa məcbur edib


ABŞ-ın birinci xanımı Melaniya Trampın təyyarəsi Vaşqintondakı hərbi bazaya geri qayıtmalı olub. Melaniyanın Filadelfiya xəstəxanasına uçuşu kabində yaranan tüstü səbəbi ilə yubadılıb.

Sözçü Stefani Qrşam bildirib ki, təyyarədə olanların hamısı normaldır.

Xanım Tramp ana bətnində ikən opidoidlərə məruz qalan uşaqları ziyarət etmək üçün bu dəfə fərqli təyyarədən istifadə edib.

Birinci xanımı daşıyan təyyarədə havaya qalxdıqdan 10 dəqiqə sonra tüstü müşahidə edilib.

Problemə nəyin səbəb olduu aydın deyil.

Tomas Cefferson Universitet xəstəxanasında keçiriləcək tədbirdə birinci xanımı Səhiyyə və İnsan Xidmətlərinin katibi Aleks Azar maşayiət edirdi.

Bu, Melaniya Trampın "Be Best" kampaniyası çərçivəsində ilk dayanacağı olacaqdı.

XS
SM
MD
LG