Accessibility links

‘Təəssüf ki, hazırda COVID-19 pasportu satan şəxslər var’


Sentyabrın 1-dən koronavirusa qarşı peyvənd olunmayan şəxslərin kafe və restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara girişi məhdudlaşdırılacaq.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Vətəndaşlar həmin obyektlərinin girişində COVID-19 pasportu və ya İmmunitet sertifikatı təqdim etməli olacaqlar. Eyni zamnda, həmin tarixdən 18 yaşından yuxarı tələbələrdən də COVID-19 pasportu istəniləcək.

Hazırda, həmin məhdudiyyət idman zallarına, şadlıq saraylarına və dini ibadət yerlərinə şamil olunur.

Bəs COVID-19 pasportu və İmmunitet sertifikatı olmayan amma peyvəndə əks göstəricisi olan şəxslərin aqibəti necə olacaq?

"Onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır"

Səhiyyə Nazirliyindən "Turan" İnformasiya Agentliyinə bildirilib ki, peyvəndə əks göstəricisi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır :

"Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Deputat Aydın Mirzəzadə isə "Turan" Agentliyinə deyib ki, indi koronavirusa qarşı ən səmərəli üsul peyvədlənmədir :

"Lakin müəyyən təbəqə vətəndaşlar var ki, onların peyvəndlənməsinə əks göstəricilər var. Çox istərdik ki, Operativ Qərargah bununla bağlı qısa bir zamanda öz qərarını açıqlayaydı. Çünki həmin insanlar peyvəndlənməyən insanların girişi qadağan olduğu yerlərə gedə bilməyəcəklər".

Deputat qeyd edib ki, həmin şəxslərə ya sertifikat, ya da müəyyən həkim məsləhətləri verilməlidir.

"İstisna deyil ki,..."

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də hesab edir ki, peyvəndə əks göstəricisi olan şəxslərə xüsusi arayışlar verilməlidir. Lakin bununla belə ekspert agentliyə qeyd edib ki, həmin arayışların verilməsinə ciddi nəzarət olmalıdır :

"Təəssüf ki, hazırda COVID-19 pasportu satan şəxslər var. İstisna deyil ki, sözügedən məsələdən də istifadə etmək istəyən şəxslər də ortaya çıxa bilər".

Onun sözlərinə görə, belə neqativ hallarla iki metodla mübarizə aparmaq lazımdır :

"Mübarizə həm maarifləndirmə, həm də cəzalandırma istiqamətlərində getməlidir. Dünyada da, bizdə də anti-peyvənd kampaniyası çox güclü aparılırdı və aparılır. İnsanlar peyvəndə qarşı əsaslandırılmayan, sübutu olmayan sözlərini tirajlayırlar və minlərlə insanın həyatını təhlükəyə atırlar. Ona görə də bununla mübarizənin əsas yolu maarifləndirmədir. Həm tibb işçiləri maarifləndirilməlidir, həm də əhali. Əlbəttə ki, neqativ hallara yol verənlər isə sərt cəzalandırılmalıdır".

Bu mövzuda Azadlıq Radiosuna danışan bəzi ekspertlər də bu məsələdə əsas çıxış yolunu maarifləndirmədə gördüklərini söyləyiblər.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isəbu vaxta qədər ümumilikdə 343216 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 5022-nin vəfat etdiyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG