Accessibility links

Təbiət mühafizəçiləri nadir heyvanların bərpasına diqqət çəkir


Təbiət mühafizəçiləri nadir heyvanların bərpasına diqqət çəkir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Təbiət mühafizəçiləri nadir heyvanların bərpasına diqqət çəkir

Dünya boyu vəhşi təbiətin durumu haqda məlumatlar adətən kədərləndirici olur. Lakin bir neçə uğurlu xəbər var. Bir sıra qətiyyətli tədbirlər bir neçə növü tükənmək təhlükəsindən qurtarıb.

Taylandda bu, sadə rəqəm məsələsidir. 2006-cı ildə brakonyerləri axtaran və pələnglərin sayını və yerini qeydiyyata alan qoruq patrullarının sayı ayda 20-yə yaxın idi.

Ötən ilsə ayda 144 patrul olub.

Nəticədə, qeydiyyatdan keçmiş pələnglərin sayı 2010-cu ildəki 40-dan artaraq, bu gün 70-ə çatıb.

“2017-ci ildə meşəbəylər hər ay 4 min kilometrə yaxın məsafəni piyada patrul edirdilər. Bu cür nailiyyətləri əldə etmək böyük zəhmət və maliyyə tələb edir,” Vəhşi Təbiət Qoruğundan Elizabet Bennet deyir.

Vəhşi Təbiət Qoruğundan Elizabet Bennetin dediyinə görə, Tayland höküməti böyük pişiklərin milli fəxr və turistik dollarlar kimi gördüyündən pələnglərin qorunması üçün bu maliyyənin ayrılmasına razıdır.

Pələnglər bu yaxınlarda dərc olunmuş məhvolma təhlükəsi ilə üzləşən heyvanlar siyahısından adları çıxarılmış 9 heyvan növü sırasındadırlar.

Bennet deyir ki, bu cür uğur heç də asan başa gəlmir. Bu bəzən on illərlə vaxt çəkə bilər və yerli əhalinin höküməti dəstəkləməsi gərəkdir.

" Biz həqiqətən də, çox çalışsaq və səylərimizi, maliyyə və resurslarımızı doğru yerlərə və doğru yollara yönəltsək, bu növlərin bir qismini xilas edə bilərik", Vəhşi Təbiət Qoruğundan Elizabet Bennet deyir.

Afrikanın bir sıra sahillərində Donqar Balina kimi növlər balina ovundan öncəki rəqəmə 70% yaxınlaşıb.

"Bu balina ovunun və balina ovu üzrə beynəlxalq komissiyanın, və bu növlərin balina ovu üçün istehsalının sonudur, onlar çox yaxşı sağalırlar, bu çox ümidvericidir. Çünki balinalar çox az artırlar, lazımi təsir etsən onlar yenidən bərpa ola bilər,” Vəhşi Təbiət Qoruğundan Elizabet Bennet deyir.

Və bəbirlər...

..bu pişiklər öz yaşayış yerlərinin əksər hissəsini itiriblər. Lakin Vəhşi Təbiət Qoruğu cəmiyyətində onların yaşayış yerlərinin artımına nəzarət edirlər.

"Bəbirlərin qorunması proqramlarında çox uğurlu olmuş əsas şeylərdən biri yerli ranço sahiblərinin və heyvandarlıq yetişdiricilərinin kənd təsərrüfatı təcrübələrini yaxşılaşdırmasıdır. Mal-qaranı əsasən gecə toplaya bilsən, bəbirlər onları ovlamağı dayandıracaq və problem aradan qalxacaq", Vəhşi Təbiət Qoruğundan Elizabet Bennet deyir.

Yoxolmaq təhlükəsindən geri qayıdan bir neçə növdən biri də Amerika bizonudur.

Qvatemalada, qırmızı ara tutuquşusu.

Tanzaniyada vaxtikən sayı tükənmiş bu kiçik qurbağalar indi yavaş-yavaş yaxınlıqdakı şəlalənin ətrafında öz nadir mühitinə qayıdır.

Təbiətin Qorunması Təşkilatının nümayəndələri, bunu qətiyyətlik və zamanın köməyi ilə bir çox yoxolma təhlükəsində olan növlər yenidən qayıda bilər.

Bu biomüxtəliflik proqnozunun bədbin olduğu dönəmdə çox yaxşı xəbərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG