Accessibility links

Təbriz küçələrində Azərbaycan xalq musiqisi ifa olunur


ABŞ sanksiyaları ilə üzləşən İranda iqtisadi durumun pisləşməsi fonunda Təbriz şəhərində küçə musiqiçilərinin ifaları şəhərə başqa bir rəng qatır. Yerli əhali canlı musiqi səsini eşidincə musiqiçilərin ətrafına toplaşır, alqışlayırlar və bəzən uşaqlar da musiqi havası ilə oynamağa başlayırlar.

İslam inqilabından sonra İranda musiqi ifaçılığına sərt məhdudiyyətlər tətbiq olunub.

Küçə misiqiçiləri Vəliəsr, Tərbiyət və Ərk məhəllələrində, habelə bəzi parklarda, o cümlədən Şahgölü Parkında sənətlərini xalqın arasında ifa edirlər. Küçə ifasından mağazaçılar və satıcıların da bəhrələndiyi müşahidə olunur.

1979-cu il İslam inqilabından bəri İranda musiqiyə sərt məhdudiyyətlər tətbiq olunub. İfaçılıq işini davam etdirməyə çalışan bir çox musqiçilər həbslərə məruz qalıb, musiqi alətləri polis tərəfindən müsadirə olunub.

Son vaxtlarda bu istiqamətdə müəyyən mülayimləşməyə baxmayaraq polis bir qayda olaraq musiqiçilərə küçədə musiqilərini ifa etmək üçün dövlət orqanlarından icazə almalı olduqlarını söyləyir. Ancaq məlum deyil ki, indiyədək neçə musiqiçi belə bir icazəni almağa nail olub.

Ramin Marağalı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:06:07 0:00


Türkiyədə 10 ildir yaşayan güneyli musiqiçi və müğənni Ramin Marağalı Təbrizdə küçə musiqiçiləri haqqında öz baxışlarını Amerikanın Səsi ilə bölüşüb. Onun fikrincə, küçə musiqiçilərinin bir hissəsi sənətlərini pul qazanmaq, digrələri isə mövcud şəraitə etiraz etmək məqsədilə sənətlərini küçədə ifa edirlər.

"Amma biz Güney Azərbaycana və İrana baxdığımız zaman orada sənətçinin dışarıda çıxıb sənətini ifa etməsinin əsil səbəbi iqtisadi vəziyyətdən asılıdır. İqtisadi vəziyyətin xaricində, ikinci səbəb o sənətçilərin musiqi ifa etmələri üçün heç bir uyğun məkanın, o cümlədən bar, musiqi klubu və konsert zallarının olmamasıdır," o deyir.

Ramin Marağalı
Ramin Marağalı

İran İnqilabından sonra bir çox musiqiçi və müğənni sənətini davam etdirmək üçün vətəni tərk edərək mühacirətdə musiqi sənəti ilə məşğul olmaq məcburiyyətində qaldılar. İslam Respublikasında ələlxüsus qadın musiqiçilərin fəaliyyətinə nəhəng maneələr tətbiq edildi.

Təbriz küçələrində ifa olunan musiqi əsasən Azərbaycan xalq musiqisidir.

Güneyli müğənni Ramin Marağalı küçə musiqiçilərinə dilənçi gözü ilə baxmağın yanlış olduğunu, lakin İran dövlətinin məsələyə belə bir bucaqdan yanaşdığını deyir.

Sənət universaldır və onun heç bir sərhədi yoxdur. Onun üçün Səni Deyirlər mahnısı quzeydə və güneydə hər kəsə bir mesaj ötürdü.

O, hal-hazırda yaşadığı ölkəni misal çəkərək bələdiyyənin küçə musiqiçilərinə şəhərin müxtəlif yerlərində yer ayırdığını bəyan edib. "Bir ölkə küçə musiqiçilərinə şəhərin müxtəlif yerlərində məkan müəyyən etməklə bunu bir kültürə çevirə bilər," o müşahidə edir.

"Sənət universaldır və onun heç bir sərhədi yoxdur. Onun üçün Səni Deyirlər mahnısı quzeydə və güneydə hər kəsə bir mesaj ötürdü. Urmu gölünü xatırlatdı. Bəlkə siyasətçilər illərcə Urmu gölünün durumunu xalqa anlatdılar, amma heç kim dinləmədi. Amma bir mahnı 10 illik bir işi bir ayın içində gördü. Kültür və sənətin gücü çox böyükdür. Onun üçün bir çox diktatorial dövlətlər ona nəzarət etməyə çalışır,” güneyli musiqiçi fikrini ifadə edir.

“Təbii ki, bu bütün İranın problemi olsa da, bizim Azərbaycan bölgəsində başqa bir fakt var. O da milli məsələsidir. Onun üçün bizim bölgənin şəhərlrində millətin oxumağının qarşısını almaq istəyirlər. Çünkü bu küçə musiqisi bizim şəhərlərdə milli marşlara və milli müziklərə dönə bilər.”

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG