Accessibility links

Təbriz Karikatura muzeyinin fəaliyyəti müvəqqəti dayandırıla bilər


Təbrizdə 2005-ci ildə təsis edilən karikatura muzeyi dövlət strukturlarının bürokratiya məsələləri səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırmaq təhlükəsi ilə üzləşir.

Təbriz Bələdiyyəsinin işçiləri avqustun 15-də muzeyin əşyalarını boşaltdığı zaman Təbriz Bələdiyyəsi, prokurorluq və vilayətin Mədəniyyət və İrşad İdarəsi nümayəndələrinin razılığı ilə müvəqqəti olaraq muzeyin başqa yerə daşınma işi dayandırılıb.

Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsi ilə Təbriz Bələdiyyəsi arasında bürokratik prosedurlarda ixtilaflar səbəbindən həmin muzeyin başqa bir yerə köçürülməsi gərəkir.

İran mətbuatında dərc olunan xəbərlərdə Təbriz Bələdiyyəsi ilə vilayətin İrşad İdarəsi arasında "uzun müddətdən bəri ixtilaf və mübahisə"nin olduğu qeyd edilir. Dünya şöhrətli karikaturaçıların 25 mindən çox əsərinin saxlandığı bu muzey illərdir ki, bürokratiya problemləri ilə qarşı-qarşıyadır.

İRNA xəbər agentliyinə danışan Şərqi Azərbaycan Karikatura Dərnəyinin müdiri Səmira Yusifi deyib ki, "daha öncə səlahiyyətlilər buranın Təbriz Bələdiyyəsinin karikatura muzeyinə çevriləcəyinə söz vermişdilər, amma hələ ki, bu barədə heç bir müəyyən qərar alınmayıb."

Təbriz Karikatura Muzeyi İranın yeganə Karikatura muzeyidir və dünya səviyyəsində karikatura muzeyləri arasında böyük əhəmiyyətə malikdir. Muuzey Asiyanın ən böyük karikatura muzeyi olaraq tanınır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG