Accessibility links

Təbriz sənətkarları 600 metrlik xalça toxuyub


Təbrizdə dünyanın ilk 600 metrlik inteqrasiya olunmuş xalçası toxunub.

IRNA xəbər agentliyinin məlumatına əsasən, nəhəng xalça layihəsinin direktoru Mənsur Əlipurfərd jurnalistlərə deyib ki, üç ton ağırlığındakı xalça 60 sırada toxunulub, 70 rəngə malikdir.

"Bu xalçanın toxunması üçün 6 il zaman sərf edilib" - deyə, layihə direktoru əlavə edib.

İl ərzində bir milyon kvadrat metr xalça istehsalımız var, və ötən il Avropa, Rusiyaya, Çinə və ərəb ölkələrinə 100 milyon dollarlıq xalça ixrac etmişik.

Təbrizdə toxunulan az sayda rəngli ipliklərdən istifadə olunan xüsusi dizaynlı xalçalar Avropa ölkələrinə göndərilir.

Təbrizli xalça istehsalçısı bildirib ki, hal-hazırda min kvadrat metrlik bir xalça da Oman sultanı üçün toxunulur.

"İl ərzində bir milyon kvadrat metr xalça istehsalımız var və ötən il Avropa, ərəb ölkələrinə, Rusiyaya və Çinə 100 milyon dollarlıq xalça verdik" , Şərqi Azərbaycan vilayəti Sənaye, Ticarət və Mədən Təşkilatının rəhbəri Nasir Avişən bildirib.

Şərqi Azərbaycan vilayətində 600,000 nəfər dolayı şəkildə xalçatoxuma sənətindən qazanc əldə edir.

Təbriz xalçaları regionun başlıca ixrac məhsulu sayılır və bu peşə dərin tarixi ənənəyə sahibdir.
Təbriz xalçaları regionun başlıca ixrac məhsulu sayılır və bu peşə dərin tarixi ənənəyə sahibdir.

Şərqi Azərbaycan vilayətində 200 000 nəfər bu işlə məşğuldur, lakin bu saydan cəmi dörddə birinin sığortası olduğu bildirilir.

Təbriz xalçaçılıq məktəbi XVI əsrdə Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə güclənib, həmin əsrin sonlarından başlanaraq Təbriz xalçaları Avropa ölkələrinə göndərilməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG