Accessibility links

Təbriz və Urmiyədə çirkli hava xəbərdarlığı


Təbriz
Təbriz

Bu günlərdə Təbriz və Urmiyədə hava çirkliliyi səbəbilə əlaqədar dövlət qurumları tərəfindən əhaliyə davamlı olaraq xəbərdarlıq verilir.

Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin ətraf mühit idarələri son günlərdə dəfələrlə Təbriz və Urmiyədə hava çirkliliyinin xüsusilə həssas insanlar üçün təhlükəli səviyyəyə çatdığını bildiriblər.

Keçən həftə Şərqi Azərbaycan ətraf mühit idarəsi Təbrizdə havanın əhali üçün qeyri-sağlam olduğunu bildirərək, vətəndaşlara zəruri olmayan halda evdən çıxmamağı tövsiyə etmişdi.

Dövlət İRNA agentliyinın verdiyi məlumata görə, noyabrın 30-da Urmiyədə ibtidai məktəblər hava çirkliliyi üzündən bağlanıb.

Qərbi Azərbaycan ətraf mühit idarəsi başqanının müavini Səid Musəvi deyib ki, “ürək-damar və ağciyər xəstəliyi olanlara, həmçinin yaşlılar və uşaqlar daxil olmaqla, digər həssas insanlara açıq havaya çıxmamağı tövsiyə edirik. Ümumiyyətlə, bütün vətəndaşlar açıq havada keçirdikləri vaxtı azaltsınlar. Uzun zaman açıq havada qalmağa məcbur olanlar maska geysinlər.”

XS
SM
MD
LG