Accessibility links

“Təbriz virusdan ölənləri dəfn etməkdə nümunəvi şəhərdir”


Təbriz Məzarlığı
Təbriz Məzarlığı

Təbrizin cümə mollası və İranın ali dini liderinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi Seyid Məhəmmədəli Ali-Haşim Təbrizin koronavirus səbəbilə ölənləri dəfn etməkdə nümunəvi şəhər olduğunu ifadə edib.

Höccətül-İslam Ali-Haşimin dediklərinə görə, “koronavirusdan ölənləri gigiyena və şəriət qaydalarına riayət edərək dəfn etməkdə Təbriz nümunəvi şəhərdir.”

Təbrizin "Vadi Rəhmət" məzarlığı
Təbrizin "Vadi Rəhmət" məzarlığı

Yarı-rəsmi Tasnim agentliyinə istinadən, İranın ali dini lideri Əli Xameneyi mövzu ilə bağlı Təbrizin Talibiyyə Seminariyasının fəaliyyətlərini yüksək qiymətləndirib.

“Müəzzəm öndərimiz də Təbriz haqqında yaxşı sözlər buyurub və Təbriz Seminiariyasının koronavirus səbəbilə ölənlərin dəfn və yas mərasimi ilə bağlı səylərini yüksək qiymətləndiriblər,” Ali-Haşim bildirib.

Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri ötən günlərdə İranda koronavirusun ən sürətli şəkildə yayıldığı bir neçə vilayət arasında yer alıblar.

XS
SM
MD
LG