Accessibility links

Təbrizdə 5 milli fəal bir gecə təhlükəsizlik həbsxanasında saxlanılıb


Təbrizdə cümə axşamı gecə saatlarında İranın təlükəsizlik qüvvələri tərəfindən saxlanılan 5 milli fəal bir gecə nəzarətdə qaldıqdan sonra sərbəst buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Rəhim Sasaniyan, Yaşar Piri, Sədullah Sasaniyan, Mohsin Abbaspur və Məhəmməd Purəli Təbriz yaxınlığında yerləşən Xoca qəsəbəsində tutulublar.

Gecə saat 10 radələrində saxlanılan fəallar İslam İnqilab Qvardiyasının (Sepah) təhlükəsizlik həbsxanasına aparılmış, ertəsi gün səhər saatlarında sərbəst buraxılıblar. Fəalların mobil telefonları müsadirə edilib.

Saxlanma zamanı fəallar və Sepahın təhlükəsizlik qüvvələri arasında toqquşma yaşandığına dair məlumat yayılıb.

Hüquq müdafiəçiləri bu həbslərin Güneydə kütləvi aksiyaların başlanması ehtimalı ilə əlaqədar olduğunu önə çəkirlər. Bu günlərdə İran Azərbaycanında ərəb icmasının yaşadığı Əhvaz bölgəsində su qıtlığı ilə əlaqədar baş qaldıran kütləvi etirazlara dəstək çağırışları dağıdılır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG