Accessibility links

Təbrizdə etiraz mitinqi ilə əlaqədar nəzarətə alınan fəalların məhkəmə iclası keçirilib


Milli fəallar -Təbriz
Milli fəallar -Təbriz

İyulun 24-də Təbrizdə baş tutan etiraz mitinqi ilə əlaqədar həbs edilən 5 milli fəalın məhkəmə iclası keçirilib.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Yusuf Sələhşur, Əmir Səttari Rəuf, Məhəmməd Mərdi, Vəhid Əbhəri və Nadir Sadıqiyanın məhkəmə iclası sentyabrın 11-də Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15 saylı şöbəsində keçirilib.

Məhkəmədə milli fəallara qarşı irəli sürülən ittihamlar oxunub və fəalların son müdafiə prosesi keçirilib.

Məhkəmənin müstəntiqi Nadir Sadıqiyan, Əmir Səttari Rəuf və Vəhid Əbhərini "Telekommunikasiya sistemi vasitəsilə kütləvi iğtişaşa çağırış etmək", Yusuf Sələhşuru "Telekommunikasiya sistemi vasitəsilə kütləvi iğtişaşa çağırış etmək və ictimai asayişi pozmaq,” Məhəmməd Mərdini isə “ictimai asayişi pozmaq”da təqsirləndirib.

Məhkəmə iclası keçirilən milli fəallar Təbrizdə etiraz mitinqi ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri etiraz zamanı bir çox vətəndaşın nəzarət altına alındığını qeyd edirlər. Lakin onların kimliyi haqda məlumat yayılmayıb.

Yusuf Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri, Şahin Bərzigər, Nadir Sadıqiyan və Əmir Səttari Rəuf avqustun 11-də Ettelaat təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb, 5 gün sonra isə mülki girov qarşılığında sərbəst buraxılmışdı.

İranın cənub qərbində ərəb icmasının həftələrlə davam edən etirazlarına dəstək məqsədilə 24 iyul tarixində mitinq keçirməyə dair çağırış bəyanatı yayımlanmışdı.

Əhvaz bölgəsində hakimiyyət tərəfindən su ehtiyatlarının düzgün idarə edilməməsi nəticəsində meydana gələn su qıtlığına qarşı baş qaldıran kütləvi etirazlara dəstək üçün keçirilən Təbrizdəki etiraz mitinqi ilə əlaqədar bir çox vətəndaş polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Təbrizdə keçirilən mitinqdə əhali, “azadlıq, ədalət, milli hökumət” və “Azərbaycan Əl-Əhvaz ittihad ittihad” kimi şüarlar səsləndirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG