Accessibility links

Təbrizdə 'Gələcək' jurnalı bir il təxirə salındıqdan sonra nəşr edilib


"Gələcək" jurnalının ilk nüsxəsi

Təbriz Universitetində bir qrup tələbə fəal tərəfindən hazırlanmış olan 'Gələcək' adlı dərgi bir il təxirə salındıqdan sonra nəşr edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Təbriz Universitetində bir sıra azərbaycanlı tələbə fəal tərəfindən hazırlanmış "Gələcək" jurnalının lisenziyası bir il öncə verilsə də, dərginin nəşr olunmasına ancaq bir ildən sonra icazə verilib.

Keçən il aprelin 10-da "Gələcək" universitet dərgisinin çap olunması ilə bağlı lisenziya həmin dərginin məsul müdiri olan Səid Çərəndabiyə təslim edilsə də, onun nəşrinə bir il müddətində icazə verilməyib.

Təbriz Universitetində Bitki fiziologiyası ixtisası üzrə magistr dərəcəsi almaq üçün təhsil alan Səid Çərəndabi Elm Nazirliyinin Mədəni və Sosial direktoruna və Təbriz Universiteti Mədəniyyət Şurasına lisenziya alınmasına baxmayaraq, jurnalın birinci sayının nəşr edilməməsi ilə əlaqədar şikayət məktubu ünvanlamışdı.

Səid Çərəndabi öz Facebook səhifəsində dərginin birinci sayının cildinin şəklini paylaşaraq yazıb ki, "dərgiyə lisenziyanın alındığı tarixdən təxminən bir il sonra və bir çox münaqişə və eniş-yoxuşlardan sonra jurnalın ilk sayı nəhayət çap olundu və Təbriz Universiteti mətbəəsi tərəfindən bizə təhvil verildi."

O həmçinin kültür və kimlik məsələləri ilə əlaqədar yazılar dərc edən Universitet tələbə dərgilərindən fərqli olaraq, "Gələcək" jurnalında daha ətraflı mövzular o cümlədən toplum, yoxsulluq, ətraf mühit və iqtisadiyyat kimi mövzularda yazılar dərc ediləcəyini qeyd edib.

XS
SM
MD
LG