Accessibility links

Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib


Təbriz şəhərində heyvan hüquqları müdafiəçiləri şəhərin bələdiyyə binasının qarşısında etiraz aksiyası keçiriblər.

Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib
Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, mayın 15-də təbrizli vətəndaşlar bələdiyyə tərəfindən sahibsiz küçə heyvanları, xüsusilə də itlərin öldürülməsi ilə əlaqədar şəhərin bələdiyyə binasının qarşısında etiraz aksiyası təşkil ediblər.

Mayın 14-də sosial mediada yayımlanan videolarda Təbriz bələdiyyəsinin məmurları sahibsiz itləri qeyri-insani bir şəkildə tutub və ip vasitəsilə boğaraq öldürməyə çalışıblar. Bu hadisəni görən vətəndaşlar bələdiyyə məmurları ilə toqquşub və sağ qalan itləri qurtarıblar.

Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib
Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib

Bu hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolar Təbrizdə vətəndaşların etirazına səbəb olub və heyvan hüquqları müdafiəçiləri şəhərin bələdiyyə binasının qarşısında etiraz aksiyası keçirib, bələdiyyə başqanının istefasını tələb ediblər. Mitinqdə Təbrizli vətəndaşlar küçə heyvanlarının öldürülməsi yerinə sterilizasiya proqramları həyata keçirirərək saylarını məhdudlaşdırmaq təklifini irəli sürüblər.

Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib
Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib

Bu gün hökumətlərin və beynəlxalq təşkilatların, eləcə də ətraf mühitin qorunması ilə maraqlananların diqqətini çəkən mövzulardan biri də heyvan hüquqlarının riayət edilməsi və müxtəlif heyvan növlərinin qorunmasıdır.

Heyvan hüquqları müdafiəçiləri heyvanların zərər görməmək hüququ kimi müəyyən qanuni və mənəvi hüquqlara sahib oluqlarına inanırlar. Müxtəlif ölkələrdə bələdiyyələr sterilizasiya proqramları ilə şəhərlərdə küçə heyvanlarının sayına nəzarət edirlər.

Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib
Təbrizdə heyvan hüquqları müdafiəçiləri etiraz mitinqi keçirib

İran İslam Respublikası Konstitusiyasının 50-ci maddəsinə görə, ətraf mühitin qorunması ictimai bir vəzifə olaraq qəbul edilir. Buna baxmayaraq İran hökuməti dəfələrlə ətraf mühit hüquqlarının müdafiəçiləri ilə sərt şəkildə davranıb və bu sahələrdə çalışan fəallar isə fərqli cəzalara məruz qalıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG