Accessibility links

Təbrizdə məktəblər hava çirkliliyi səbəbilə dörd gündür tətildədir


Təbriz və şəhərin yaxınlığında yerləşən Basmınc və Sərdəri kimi şəhərlərdə təhlükəli həddə çatan hava çirkliliyi üzündən ibtidai məktəblər dörd gündür ardıcıl tətildədir.

Şərqi Azərbaycan vilayətinin ətraf mühit idarəsi Təbriz və ətraf yerlərdə həssas insanlar üçün xəbərdarlıqla çıxış edib. İdarənin bildirdiyinə görə, bəzi bölgələrdə havanın çirkliliyi bütün əhali üçün təhlükəli səviyyəyə çatıb.

Ətraf mühit idarəsi başqanının müavini Mirmöhsin Hüseyni deyib ki, ürək-damar və ağciyər xəstəliyi olanlara, həmçinin yaşlılar və uşaqlar daxil olmaqla, digər həssas insanlara açıq havaya çıxmamaq tövsiyə edilir.

Son vaxtlar Təbriz və Urmiyə daxil olmaqla İranın bir çox şəhərlərində hava çirkliliyi səbəbilə əlaqədar dövlət qurumları tərəfindən əhaliyə davamlı olaraq xəbərdarlıq verilir.

Ətraf mühit mütəxəssisləri İran rəsmilərini hava çirkliliyi məsələsini lazımi qədər ciddiyə almadıqları üçün tənqid edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG