Accessibility links

Təbrizdə Təkəmçilər heykəli qaldırılıb


İran Azərbaycanının Təbriz şəhərinin Vəliəsr xiyabanında yerləşən Təkəmçilər heykəli qaldırılıb. Heykəl Təbrizin bələdiyyəsi tərəfindən qurulmuşdu.

Ötən zamanlarda heykəlin bəzi hissələrinə naməlum şəxslər tərəfindən xəsarət yetirilmiş, lakin sonradan heykəli hazırlayan heykəltəraş tərəfindən təmir edilmişdi.

Təkəmçi heykəlinin götürülməsi xəbəri İran Azərbaycanında sosial mediada yayıldıqdan sonra əhalinin reaksiyasına səbəb olub.

Təbriz Bələdiyyəsinin Landşaft və Şəhər Yaşıl Kosmos Təşkilatının sədri Məsud Bərzigər Cəlali Təkəmçilər heykəlinin yenidən bəlli olmayan şəxslər tərəfindən xəsarət aldığını bildirib deyib ki, heykəl təmir üçün heykəltəraşın emalatxanasına köçürülüb.

Verilən suallardan biri heykəlin öncə hazırlandığı yerdə təmir edilməsi, lakin bu dəfə təmir üçün emalatxanaya nə üçün aparılması ilə bağlıdır. Heykələ təkrar zərər verildiyi iddiası doğru olsa, bu dəfə heykəlin daha çox zərər gördüyü düşünülür. Sosial mediada hökumət və təhlükəsizlik qurumlarının nədən heykələ zərər verən şəxslər haqqında tədqiqat aparmadığı sual edilir.\

Təbriz Təkəmçilər heykəli
Təbriz Təkəmçilər heykəli

Təkəmçi Azərbaycan türklərinin mifoloji personajlarından biridir. Novruz bayramının və yazın gəlişini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçiyə təkəmçi deyilir.

Azərbaycanlıların adət və ənənələrinə görə, Təkəmçilər hər hansı evin qapısında şeir oxusa və bayramın gəlməyin müjdə versə, ev sahibindən muştuluq alar. Buna “pay” deyilir. Həmçinin Təkəmçi özü də şeir ilə mükafatlandırılmasını xatırladar.

İran hökumətinin son illər İran Azərbaycanının müxtəlif şəhərlərində qoyduğu heykəllər bəzi hallarıda əhali tərəfində etirazla qarşılanıb.

Son zamanlar Təkəmçilər heykəli və yaxud da Füzuli kimi ədəbi simaların heykəllərinə xəsarət verildiyi və yaxud təhlükəsizlik qüvvələrinin əmri və bələdiyələrin əli ilə qaldırıldığı müşahidə edilir.

Keçən həftələrdə İran Azərbaycanında Firdovsi heykəli haqda reportaj hazırlayan jurnalist təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

Daha öncə isə Təbrizin Mənzəriyyə xiyabanının meydanında qurulan Azərbaycanın tanınmış şairi Məhəmməd Füzulinin heykəli bəlli olmayan səbəblərlə əlaqədar qaldırılmışdı.

Təbriz, Aberan, Azərbaycan sözünün üstünün qaralanması
Təbriz, Aberan, Azərbaycan sözünün üstünün qaralanması

Son zamanlar Təbrizin Abresan məhəlləsində bir bələdiyyə layihəsinin tanıtım panelində yazılmış Azərbaycan sözünün naməlum şəxslər tərəfindən qaralanması sosial mediada narahtlıq ifadə edilən müzakirələrə səbəb olmuşdu.

XS
SM
MD
LG