Təbriz şəhərində 4.3 bal gücündə zəlzələ qeydə alınıb.
Şərqi Azərbaycan vilayətinin təbii fəlakətlər idarəsinin baş direktoru IRNA xəbər agentliyinə bu barədə məlumat verib.
Yerli vaxtla saat 15:25-də baş vermiş zəlzələnin episentri Təbriz şəhərinin Basmınc məhəlləsində 10 kilometr dərinlikdə qeydə alınıb.
Təbrizin ətrafında olan şəhərlərdə zəlzələ hiss olunub.
Məhəmmədbağır Honarbar hadisə nəticəsində hər hansı itkinin olmadığını qeyd edib.
Zəlzələ baş verərkən sakinləır təlaş içində yaşadıqları evləri tərk ediblər. Əhali təkrar təkanların olacağını ehtimal etdiyindən evlərə qayıtmağa tərəddüd göstəriblər.
2012-ci il avqustun 11-də episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər və Heris şəhərlərində 6.2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ bu şəhərlərin ətrafındakı 60 kəndin 80 faizinin viran qalması, 260 nəfərin həyatını itirməsi ilə nəticələnmişdi.