Accessibility links

Tədqiqat: COVID-19-un üçüncü dalğasının qarşısını almaq üçün Britaniya həftədə 2 milyon peyvənd tətbiq etməlidir


London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) apardığı bir araşdırmaya görə, koronavirus pandemiyasının üçüncü dalğasının qarşısını almaq üçün Britaniyada həftədə 2 milyon insana peyvənd vurulmalıdır.

Cons Hopkins Universitetinin məlumatına görə, Britaniyada koronavirus nəticəsində 71 mindən çox insan həyatını itirib. Bazar ertəsinə olan məlumata əsasən isə ölkə üzrə ümumilikdə 2.3 milyondan çox yoluxma halı qeydə alınıb.

"Ən sərt müdaxilə ssenarisinə əsasən ölkə üzrə qapanmaları dördüncü fazaya keçirib, məktəbləri bağlayıb və həftə ərzində 2 milyon insana peyvənd vurularsa reanimasiya şöbələrinin yükünü virsun yayılmasının ilk dalğası zamanı qeydə alınan rəqəmlərdən aşağı salmaq olar", araşdırmada qeyd olunur.

Araşdırma həmçinin onu da qeyd edir ki, "əhəmiyyətli səviyyədə peyvənd tətbiq edilmədiyi təqdirdə yoluxmalar, reanimasiya şöbələrinə yerləşdirilənlərin sayı və ölüm halları 2020-ci ildəkindən də çox ola bilər".

Sürətlənmiş proqrama əsasən həftədə 2 milyon peyvəndin tətbiq olunmasının "olduqca əhəmiyyətli təsir göstərməsi proqnozlaşdırılır", deyə araşdırmada qeyd edilir. Araşdırmaya hələlik rəy verilməyib.

Baş nazir Boris Conson və onun elmi məsləhətçiləri bildirir ki, daha ölümcül və ya daha ciddi bir xəstəliyə səbəb olduğu düşünülməsə də, koronavirusun 70%-ə qədər daha yoluxucu olan yeni variantı ölkədə sürətlə yayılmağa davam edir.

Ölkə mediasının məlumatına əsasən, Britaniya bir neçə gün ərzində ölkənin tibbi tənzimləyici orqanı tərəfindən təsdiqlənməsi gözlənilən COVID-19-a qarşı Oxford-AstraZeneca peyvəndini 4 yanvar tarixindən etibarən tətbiq etməyə başlayacaq.

Bu ayın əvvəlində isə Britaniya Pfizer-BioNTech peyvəndini tətbiq edən ilk ölkə olub.

Hökümətin cümə axşamına olan məlumatına əsasən, ölkədə 600 min insana Pfizer-BioNTech peyvəndinin ilk dozası tətbiq olunub.

XS
SM
MD
LG