Accessibility links

Təhlükəli vəziyyət ABŞ-ın qərbindəki yanğınlarla mübarizəni çətinləşdirir


Yanğınsöndürənlər ABŞ-ın qərbindəki ən böyük meşə yanğınları ilə mübarizə aparır. Küləklər və qurumuş Oreqon meşələri bazar ertəsi yanğınsöndürənlərin işini daha da çətinləşdirib.

Hazırkı məlumatlara əsasən, Oreqon ştatı tarixində ən böyük meşə yanğınları hesab olunan bu hadisə təxminən 1210 kilometr və ya Los Anceles şəhəri boyda böyük bir ərazini əhatə edir. Yanğınlar Kaliforniya ştatının sərhədinin 25 faizini əhatə edir.

"Quraqlıq və şimşək yeni yanğınlara səbəb ola bilər" - deyə, Sakramento Milli Hava Xidməti Twitter-də bildirib.

Minlərlə insanın evakuasiya edilməsi üçün əmr verilib. Sakinlərin təxminən 2000 nəfəri göl və çöl ərazilərdə yaşayır.

Olduqca geniş yayılmış quraqlıq və iqlim dəyişikliyi səbəbindən yaranan isti hava dalğaları bölgəni cənginə alıb. Bu da meşə yanğınlarına qarşı mübarizəni daha da çətinləşdirir.

Yanğınsöndürənlər adətən payız aylarında müşahidə olunan bu vəziyyətlə artıq iyul ayında qarşılaşdıqlarını bildirir.

Bazar günü ABŞ-ın Meşə Xidməti yanğınlarla mübarizə üçün 800 nəfərlik personalın tapşırıq aldığını bildirir.

ABŞ-ın Milli İdarələrarası Yanğın Mərkəzi bildiriri ki, 70 böyük aktiv yanğn zonası təxminən 4297 kvadrat kilometr ərazini əhatə edir.

ABŞ Meşə Xidməti bunlardan təkcə 16-nın Sakit okeanı hövzəsinin şimal-qərb ərazilərini əhatə etdiyini bildirir.

XS
SM
MD
LG