Accessibility links

Təhlükəsizlik qüvvələri Təbrizdə səyyar satıcıları təhdid edir


İranın təhlükəsizlik qüvvələri səyyar satıcıların bir çoxunu sorğulayaraq hədələyib.

Günaz TV-nin yaydığı məlumata əsasən, təhlükəsizlik qüvvələri ötən iyun ayının son günlərindən baş verən səyyar satıcıların etirazlarının genişlənməsinin qarşısını almaq üçün bir çox səyyar satıcını Ettelaat idarəsinə çağırıb sorğulamış və hədələmişlər.

Mən 18 yaşındayam və beş ildən bəri səyyar satıcılıqla məşğul oluram. Bilirsiniz ki, ruzimizi qazanmağa icazə vermirlər.

Təbrizin tarixi bazarının ətrafında səyyar satıcıların alış-verişinə qadağa qoyulandan sonra satıcılar Təbriz meri binasının qarşısında neçə dəfə etiraz aksiyası keçiriblər. Həmin etirazlarda polis və bələdiyyə məmurları ilə səyyar satıcılar arasında qarşıdurma olub. Polis qüvvələri çox sayda etiraz edən satıcını saxlayıb.

Son zamanlarda Təbriz şəhərində səyyar satıcıların sayının artdığı müşahidə olunur. Bu isə mağaza sahiblərinin narazılığına səbəb olub. Mağaza sahibləri səyyar satıcıların fəaliyyətini onların biznesinə ziyan vurduğunu iddia edirlər.

Dükan sahibləri Təbrizin bəzi bölgələrində o cümlədən Tərbiyətdə iyulun 6-da səyyar satıcıların yığışdırılmasını tələb edərək mağazalarının qapılarını açmaqdan imtina etmişdilər.

"Mən 18 yaşındayam və beş ildən bəri səyyar satıcılıqla məşğul oluram. Bilirsiniz ki, ruzimizi qazanmağa icazə vermirlər," Mehr xəbər agentliyinə danışan Hüseyn adlı oğlan deyib.

Sanksiyalarla üzləşən İranda iqtisadi durumun pisləşməsi ilə bir çoxları dolanışıq üçün səyyar satıcılığa üz tutublar.
Sanksiyalarla üzləşən İranda iqtisadi durumun pisləşməsi ilə bir çoxları dolanışıq üçün səyyar satıcılığa üz tutublar.

Başqa bir səyyar satıcı heç bir yerdən maaş almadığını deyib: "Mağaza sahiblərinin etirazı, bəzi gənc səyyar satıcıların rahatsız edici rəftarlarından dolayıdır. Başqa bir işim yox və bir gündə 20 min tüməndən ($4 dollar) çox qazanmıram."

Son illərdə İranda və İran Azərbaycanında iqtisadi vəziyyətin pisləşməsi ilə səyyar satıcıların sayı artmaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG