Accessibility links

Təhlükəsizlik Xidməti bir nəfəri dövlətə xəyanət cinayətində şübhəli bilir


DTX əməliyyat zamanı
DTX əməliyyat zamanı

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Anar Ələkbərov dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, Anar Ələkbərov 2016-cı ilin martında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edildiyi müəyyən edilib.

“Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb,” məlumatda qeyd edilir.

İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, araşdırmalar zamanı Ələkbərovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, Anar Ələkbərovun vəkili və ya ailə üzvləri məlumatla bağlı hələ hər hansı şərh verməyib.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdə isə Anar Ələkbərovun hansı xarici ölkənin ərazisində, hansı ölkənin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi barədə məlumat verilmir. Həmçinin Ələkbərovun hansı cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri çərçivəsində tutulduğu da bildirilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG