Accessibility links

Təhlilçi: İnquşetiyada etirazlar Rusiyanın Qafqaz regionunda həll edilməmiş problemlərini əks etdirir


Təhlilçi: İnquşetiyada etirazlar Rusiyanın Qafqaz regionunda həll edilməmiş problemlərini əks etdirir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Rusiyanın Qafqaz bölgəsində gərginliyin mövcud olduğu İnquşetiyada Çeçenistanla sərhəd mübadiləsinə qarşı etirazlar bazar günü davam etdirilib. Minlərlə nümayişçi paytaxt Maqasda sentyabrın 26-dan beş gündür yürüş keçirir. Onlar İnquşetiya lideri Yunus-Bəy Yevkurovu sentyabrın 26-da çeçen həmkarı Ramzan Kadırovla regionlar arasında inzibati sərhəd haqqında imzalanmış sazişlə əlaqədar istefa verməyə çağırıb. İnquşetiya parlamenti sənədi cümə axşamı təsdiqləyib. Təhlilçi Piter Eltsov Amerikanın Səsinə müsahibədə deyib ki, Rusiyanın Qafqaz bölgəsində uzun müddətdir mövcud narazılıqlar regionın özü, eləcə də Avrasiyanın qalan hissəsi üçün təhlükə yaradır.

Torpaq mübadiləsi 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan ərazi iddiaları ilə bağlı gərginliklərə son qoymalı idi. Çeçen-İnquş Muxtat Sovet Sosialist Respublikasının bir hissəsi olan bu iki bölgə Sovet İttifaqının dağılmasından bir il sonra ayrılmışdı. Torpaq mübadiləsi gərginliyi dayandırmaq əvəzinə inquşluların qəzəbinə səbəb oldu.

İnquşetiya sakini Həmid Azıqov : "Biz çox qəzəblənirik, çünki iki bölgənin başçıları insanlardan soruşmadan torpaqların mübadiləsi qərarına gəliblər.”

Etirazçılar torpaq mübadiləsinin onların bölgəsinə zərər verib, Çeçenistan üçün faydalı olduğunu bildirərək, dövlət başçısı Yunus-Bəy Yevkurovu istefaya çağırır.

İnquşetiya sakini Vaxa Axılqov: "Biz torpaqlarımızın bizdə qalmasını istəyirik. Daha əvvəl bizim idi, biz bunun belə də qalmasını istəyirik. "

Çeçenistan lideri Ramzan Kadırov qeyri-sabit bölgəni nəzarət altında saxlamaq üçün rəsmi Moskvadan dəstək alır. Ancaq təhlilçi Piter Yeltsov deyir ki, o həm də Qafqazda öz dominant rolunu artırmağa çalışır.

Təhlilçi Piter Yeltsov: "O, şimali Qafqazda özünü bir növ kral kimi hiss edir və heç bir qanuna tabe deyil. Dediyim odur ki, o, sadəcə birbaşa Vladimir Putinə sadiq olduğunu deyir, ona görə də istədiyini edə biləcəyini düşünür. Bir şeyi də vurğulamaq lazımdır ki, keçmiş Sovet İttifaqının bu bölgəsində sərhədlər, demək olar ki, ixtiyaridir.”

Qafqazda 50-dən çox etnik qrup var, çeçenlər isə onlardan ən böyüyüdür. Həmin qrupların çoxu öz sərhədlərinə və ya hökumətinə malik deyil. Onların çoxu yoxsulluq içində yaşayır. Onlar Stalin dövründə təqiblərə məruz qaliblar. Daha yeni dövrdə isə Moskva çeçen separatçılarına qarşı iki böyük müharibə aparıb və indi bütün Şimali Qafqaz regionunu sıx nəzarət altında saxlayır. Eltsov deyir ki, Qafqazda istənilən vaxt döyüşlər baş verə bilər.

Təhlilçi Piter Yeltsov: "Şimali Qafqaz son dərəcə dəyişkəndir. Bu isə bütün Avrasiya regionunda və ən azından Rusiya Federasiyasının dağılmasına səbəb ola biləcək böyük qlobal müharibəyə səbəb ola bilər. "

Dərin narazılıqların mövcud olduğu bölgə terrorçu qruplar üçün münbit yerdir. Hüquq müdafiə qrupları və ABŞ-ın da daxil olmaqla Qərb dövlətləri Qafqazda insan hüquqları pozuntuları və fundamental azadlıqların olmamasını qınayır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG