Accessibility links

Təhlilçi: Koronavirus böhranı post-sovet məkanında daha çox demokratiyaya səbəb ola bilər


Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurası beyin mərkəzinin baş elmi işçisi Anders Aslund koronavirus pandemiyasından sonra Rusiyanın ''çox fərqli görünəcəyini '' proqnozlaşdırır. O, aşağı neft qiymətlərinin Rusiya cəmiyyətini demokratiyaya doğru aparacağını iddia edir.

Azadlıq Radiosunun suallarını cavablandıran Anders Aslund aprelin 21-də bildirib ki, ''Diktaturalar bu kimi böhranlardan qurtulmaqda çətinlik çəkir".

Dünyada hökumətlər koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bizneslər və insanlara məhdudiyyətlər tətbiq edərək, geniş miqyaslı iqtisadi tənəzzülə və neft qiymətlərində tarixi ucuzlamaya səbəb olub.

Qiymətlərin ucuzlaşması neft və qaz ixracatından gələn gəlirlərdən asılı ölkələrdə - Rusiya eləcə də Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi keçmiş Sovet respublikalarının büdcələrində böyük boşluqlara və valyutalarının ucuzlaşmasına səbəb olub.

"Aşağı neft qiymətləri demokratiyanı bəsləyir" deyən Aslund bildirir ki, "Pandemiya bir sıra postsovet ölkələrini dərin bir şəkildə dəyişdirə bilər".

Rusiya, Qırğızıstan və Ukrayna hökumətlərində iqtisadi məsləhətçi vəzifəsini icra edən İsveç əsilli analitik Aslund deyir ki, "1981-2000-ci illər ərzində neft qiymətlərinin aşağı olduğu dövürdə Rusiya nisbətən demokratik və azad ölkəyə çevilmişdi. Aşağı neft qiymətləri Rusiyada azadlıq və demokratiya üçün yeni fürsətlər irəli sürür".

Keçmiş sovet ölkələri "avtoritar kleptokratiya və ya bəzi hallarda nizamsız korrupsiyaya öyrəşiblər".

Aslund bildirir ki, "Bunların heç biri xalq üçün faydalı deyil və onlar fürsət verilərsə demokratiya və azadlığı seçəcək. Aşağı neft qiymətləti isə avtoritar rejimləri resuslardan məhrum edəcək".

Koronavirus böhranı dövründə Rusiyadakı idarəçiliyə diqqət yönəldən təhlilçi həmçinin əlavə edir ki, Rusiya prezidenti Vladimir Putin koronavirus böhranının aradan qaldırılması üçün tədbirlər görmək üçün regional liderlərə muxtariyyət verməklə belə görünür "hazırkı rejim bu kimi böhranlarda mərkəzləşmiş idarənin mühüm olduğu bir zamanda sərt iqtisadi tədbirlərlə bağlı məsuliyyətən boyun qaçırmağa çalışır" deyə Aslund əlavə edib.

Region başçıları isə "təşəbbüs göstərmək deyil, Kremldən gələn əmrlərə tabe olmaq məqsədi ilə təyin edildikləri üçün hazırda onlar bu vəziyyəti idarə etmək qabiliyyətində deyillər" Aslund bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG