Accessibility links

Təhlilçilər: ABŞ-la İran arasında müharibə gözlənilmir


Təhlilçilər: ABŞ-la İran arasında müharibə gözlənilmir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Amerikada siyasi təhlilçilər ABŞ-la İran arasındakı gərginliyin genişmiqyaslı müharibəyə çevriləcəyini düşünmür. İranlılar cümə günü ABŞ-ın dron hücumu nəticəsində öldürülən general Qasım Süleymaniyə matəm tutur. ABŞ Konqresindəki Demokratlar prezidentin müharibə elan etmək səlahiyyətlərini məhdudlaşdırmaq istəyir, Respublikaçılar isə bunu rədd edir. Bir çox amerikalı şənbə və bazar günləri küçələrdə nümayişlər keçirərək, İranla müharibəyə etirazlarını bildirib.

Amerikalılar Yaxın Şərqdə daha bir müharibəyə cəlb olunmağa etirazlarını bildirdiyi bir vaxt, iranlılar yüksək rütbəli generalın yasını tutur. Ölkənin ali lideri qisas alacaqlarına söz verib, ABŞ prezidenti isə xəbərdarlıq edib ki, Vaşinqton belə bir addıma cavab olaraq İranda mühüm obyektləri hədəf alacaq.

Belə zamanlarda Konqres prezidentin səlahiyyətlərini nəzərdən keçirib, müharibə və sülh məsələlərində konstitusion rolunu icra etməlidir.
Çak Şumer


ABŞ Konqresindəki Demokratlar Trampın İranla gərginliyi artırmasından narahatdır və deyirlər ki, Nümayədələr Palatası bu həftə onun Konqres təsdiq etmədən İrana qarşı hər hansı hərbi addım atmaq səlahiyyətini məhdudlaşdıracaq qətnamə ilə bağlı səs verəcək.

“Belə zamanlarda Konqres prezidentin səlahiyyətlərini nəzərdən keçirib, müharibə və sülh məsələlərində konstitusion rolunu icra etməlidir,” Senatda azlıqda olan demokratların lideri Çak Şumer bildirib.

ABŞ Senatında əksəriyyət lideri Mitç Makkonnel isə Demokratları ölkənin deyil, partiyanın maraqlarına görə hərəkət etməkdə günahlandırıb.

Lakin təhlilçilər deyir ki, qəzəbli ritorikaya baxmayaraq, ABŞ və İran arasında müharibə ehtimalı çox aşağıdır.

“Birləşmiş Ştatlarda müharibə istəyi yoxdur. Eyni zamanda isə belə bir düşüncə yaranmışdı ki, əgər Birləşmiş Ştatlar ABŞ diplomatları və podratçılarına davamlı hücumları cavabsız qoysa, bu hücumlar davam edəcək. Amma hərbi münaqişənin qaçılmaz olacağı gözlənilmir,” Amerika Sahibkarlıq İnstitutundan Maykl Rubin bildirir.

Təhlilçi Barbara Lif isə deyir ki, İran körfəzindəki ölkələr regionda müharibənin qarşısını almaq istəyir.

ABŞ-da müharibə əleyhinə etiraz
ABŞ-da müharibə əleyhinə etiraz

“Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı səssiz qalıb. Onların şərhlərinin də mahiyyəti bundan ibarətdir ki, indigərginliyi azaltmaq və məsələrin həllinə siyasi yanaşma tapmaq vaxtıdır”, o deyir.

Bu arada isə Tramp İraqı sanksiyaları bərpa etməklə hədələdiyi üçün, İraq rəsmiləri parlamentin ABŞ qoşunlarını İraqdan çıxarmaq qərarını həyata keçirməyə istəksiz yanaşırlar.

“Baş nazir Adil Əbdül Mehdi qanun layihəsini imzalamağı təxirə salıb. Kürdlər, bəzi mötədil şiə partiyaları və sünnilər səsvermədə iştirak etməyib. Bəziləri Bina Partiyası adlanan şiə yarı-hərbi dəstəsi tərəfindən orada olmağa məcbur edilib. Onlar parlamentdə səs verib. Səs verənlər təkcə onlar olub” – deyə, Hudson İnstitutundan Maykl Pregent bildirir.

Adil Əbdül Mehdi İraqda hökümət əleyinə keçirilən kütləvi nümayişlərdən sonra noyabr ayının sonunda istefa verib. O, vəzifədən parlament onu əvəzləyəcək şəxsi təsdiq edəndən sonra gedəcək.

XS
SM
MD
LG