Accessibility links

Təhlilçilər deyir ki, Baydenin İran razılığını bərpa etməsi uzun zaman ala bilər


ABŞ Prezidenti Co Bayden

ABŞ Prezidenti Co Bayden İranla dünya qüdrətləri arasında 2015-ci ildə əldə olunan razılığı bərpa etmək üçün diplomatik səyləri başlatdığı bir vaxt, razılığın tərəfdarları deyir ki, o müvəffəq olmaq üçün uzun müddət səy göstərməlidir. Razılıq əleyhdarları isə onun diqqəti Tehrana yeni və daha sərt razılıq imzalaması üçün təzyiq göstərməyə yönəltməli olduğunu düşünür.

2015-ci ildə əldə olunan Birgə Hərtərəfli Fəaliyyət Planı(JCPOA) adlı razılıq İranla P5+1 kimi tanınan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən imzalanıb. Razılığa əsasən İran beynəlxalq iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində 8-15 il boyunca silah inkişafına gətirib çıxaracaq nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb. Sabiq ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə razılıqda İrana qarşı kifayət qədət sərt məhdudiyyətlərin olmadığını iddia edərək ABŞ-ı sazişdən geri çəkib, İran isə cavab olaraq 2019-cu ildən başlayaraq nüvə razılığındakı limitləri aşmağa başlayıb.

“Biz P5+1 ilə İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırıq,” Bayden cümə günü Ağ Evdən Münhen Təhlükəsizlik Konfrasınnın virtual iclasına qatıldığı zaman bildirib.

İran razılığa tam şəkildə əməl etdiyi təqdirdə JCPOA-a geri dönməyi vəd edən Bayden Avropa İttifaqının cümə axşamı altı dünya qüdrəti və İranın razılığı canlandırmağın yollarını müzakirə etmək üçün qeyri-rəsmi görüş keçirmək təklifinə müsbət cavab verib. Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ hələ ki, rəsmi olaraq irəli sürülməyən bu təklifi qəbul etməyə hazırdır.

Bayden administrasiyası İrana əlavə iki jest edərək, Tramp administrasiyasının Təhlükəsizlik Şurasından İran sanksiyalarını yenidən tətbiq etməsinə dair tələbini geri çəkib və Nyu Yorkda BMT-də işləyən İran diplomatlarına tətbiq olunan bəzi səyahət məhdudiyyətlərini yüngülləşdirib.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Twitter-də cavab verərək, ABŞ-ı yenidən 2018-ci ildə Trampın İrana qarşı başlatdığı “maksimum təzyiq” kampaniyası çərçivəsində “tətbiq və ya bərpa etdiyi bütün sanksiyaları qeydsiz-şərtsiz və dərhal qaldırmağa” çağırıb. Zərif deyib ki, Tehran ABŞ bu tələbə əməl etdiyi təqdirdə bütün pozuntuları dayandıracaq.

Beynəlxalq Böhran Qrupunun İran üzrə təhlilçisi və razılığı dəstəkləyən Əli Vaez Amerikanın Səsinin fars xidmətinə müsahibəsində bildirib ki, Baydenin ABŞ sanksiyalarını qısa müddətdə aradan qaldırması mümkün olmayacaq, çünki belə bir addım Konqresdə azlığı təşkil edən Respublikaçıların müqaviməti ilə üzləşəcək. O həmçinin deyib ki, ABŞ-ın etdiyi jestlərin İranı çərşəbə axşamından etibarən BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin əvvəlcədən elan olunmayan təftişlərini qadağan etməklə bağlı təhdidini geri çəkməyə inandırmaq ehtimalı da çox aşağıdır.

“Eyni zamanda isə Baydenin İranla dialoq aparmaq istəyini ifadə etməsi hər iki tərəfin razılığı bərpa etmək üçün ortaq məxrəcə gəlmələri və ‘maksimum təzyiq’ dövrünün bitdiyini göstərmək yolunda atılan vacib bir addımdır,” Vaez bildirib.

Vyanada qərargahlanan Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş iranlı müşaviri və İran razılığının tərəfdarı Bəhruz Bayat deyib ki, ABŞ, digər dünya qüdrətləri və İranın uzun müddətdə razılığı qoruyub-saxlamaqdan başqa alternativləri yoxdur.

Brookings İnstitutunun araşdırma direktoru və JCPOA-nın əleyhdarı olan Maykl O’Hanlon deyib ki, Bayden Trampın sərtləşdirilmiş ABŞ sanksiyaları vasitəsilə əldə etdiyi maddi üstünlükdən istifadə edərək İranın uranı zənginləşdirməsini və başqa nüvə fəaliyyətlətini qeyri-müəyyən müddətə məhdudlaşdıran yeni razılıq əldə etməyə çalışmalıdır.

“Bu, İranın xoşuna gəlməyəvək. Amma şans var ki, Birləşmiş Ştatlarda ən azından bəzi Respublikaçıların bu fikir xoşuna gələcək və bu, yeni razılığın daha davamlı və ən əsası Yaxın Şərqdə nüvə silahlarının yayılmaması sisteminin yaranması üçün daha güclü əsas yaradacaq," o deyib.

XS
SM
MD
LG