Accessibility links

Təhlilçilər: İdlib razılığı Türkiyə üçün fürsət və təhlükələr yaradır


Ankara Moskva ilə əldə olunan razılığın bir hissəsi olaraq, Suriyanın İdlib vilayətində radikal qruplara qarşı güc tətbiq etməyə hazır olduğuna işarə edir. Moskva Türkiyə hökümətinə Rusiya ilə Türkiyə prezidentləri arasında əldə olunan razılığın şərtlərinə əməl etməsi üçün təzyiq göstərir.

Bu ayın əvvəli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin üsyançıların nəzarət etdiyi İdlib anklavında demilitarizasiya zonası yaratmağa razılaşıblar.

Ankaranın diplomatik qələbə kimi gördüyü bu razılıq Suriya rejiminin Rusiya qüvvələrinin dəstəyi ilə üsyançıların son istehkamına hücumunun qarşısını alıb. Regionda hələ 3 milyon insan ilişib qaldığı üçün, yardım qrupları belə bir halda humanitar fəlakətin baş verəcəyinə dair xəbərdarlıq edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Ankara indi oktyabrın 15-dək 15-20 kilometrlik zonanı radikal islamçı qruplarla birlikdə, üsyançı qüvvələlərin ağır sılahlarından təmizləmək öhdəliyi ilə üzləşir.

Cümə günü müxbirlər önündə çıxış edən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın hökümətin, demilitarizasiya zonasını tərk etməyə razılaşmadıqları təqdirdə radikal qruplara qarşı güc tətbiq edəcəyini vurğulayıb.

“Biz onları razı salmağa, barışmağa çalışacağım və lazım olan bütün digər tədbirlərə əl atacağıq”, Kalın deyib.

Təhlilçilər deyir ki, Ankara hərbi qarşıdurmadan yayınmağa və üsyançı gruplar üzərindəki nüfuzundan istifadə etməyə çalışacaq.

“Türkiyənin əlində belə bir güc var ki, Türkiyə hələ də Azad Suriya Ordusunu və bir çox digər qrupları dəstəkləyir. Onlar ən başından bəri Bəşər Əsədə qarşı döyüşdə Türkiyədən dəstək istəyiblər” - deyə, Ankarada yerləşən Yaxın Şərq Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüseyin Bağcı bildirib.

“Türkiyənin İslam Dövləti qrupu, Əl-Qaidə və Əl-Nüsrə ilə əlaqəsi olan qruplara təsir göstərə bilib-bilməyəcəyinə dair şübhələrim var. Amma Rusiya Türkiyənin onların hamısını ərazini tərk etməyə inandırmaqda müvvəfəq olacağını gözləyir. Bu isə çox çətindir”, o əlavə edib.

Suriye üsyançıları İdlibdə mağarada
Suriye üsyançıları İdlibdə mağarada

Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaraya təzyiqi artırıb. “Nüsrə Cəbhəsinin terrorçuları oktyabr ayının ortalarına demilitarizasiya zonasını tərk etməlidir, bütün ağır silahlar oradan yığışdırlmalıdır”, o, cümə günü mətbuat konfransı zamanı bildirib.

Idlib razılığının tənqidçiləri Moskvanın Ankaranı demilitarizasiya zonasını radikal qruplardan təmizləmək üçün tələyə saldığını təkid edir, çünki bu, Türkiyəni cihadçılarla münaqişəyə doğru apara bilər.

Lakin İdlib razılığı Ankaraya Suriyadakı mövqeyini gücləndirməyə imkan yaradır.

“Türkiyə sözsüz ki, İdlibdə hərbi personalının sayını və Suriyadakı nüfuzunu artıracaq. Türkiyənin hərbi mövcudluğu gələcəkdə Rusiya ilə danışıqlar prosesinin bir hissəsinə çevriləcək. Şübhəsizdir ki, Türkiyə oraya daha çox hərbi personal göndərmək və onları orada daha uzun müddət saxlamaq üçün bu fürsətdən istifadə edir”, Bağçı deyib.

Moskva ilə Tehran arasında daha öncə əldə olunan razılıq nəticəsində, Ankara İdlib boyu 12 hərbi müşahidə postu yaradıb. Bu zastavalar Suriyanın üsyançı qüvvələri və onların ailələri üçün de-eskalasiya zonası yaratmaq razılığının bir hissəsi idi. Suriya rejiminin regiona hücum təhlükəsi Türkiyə ordusunun bu zastavalar ətrafında mövcudluğunu artırmasına gətirib çıxarıb.

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən qaçqın düşərgəsində İdlib əyalətindən qaçan qadın və uşaqları
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən qaçqın düşərgəsində İdlib əyalətindən qaçan qadın və uşaqları

Təhlilçilər bildirir ki, Türkiyənin İdlibdə hərbi mövcudluğunun artırması, eləcə də Türkiyə qüvvələrinin Suriyanın şimalında böyük ərazilərə nəzarət etməsi Ankaranın Suriya ilə bağlı məqsədilərini həyata keçirmək üçün göstərdiyi səylərini gücləndirəcək.

"Türkiyə Suriyada elə bir vəziyyət yaratmaq istəyir ki, Türkiyə tərəfdarı ünsürlərin nəzarət etdiyi qonşu regionlar yenə də onlar tərəfindən idarə olunsun ki, Türkiyənin təhlükəsizliyinə hədə yaranmasın” -deyə, İstanbulda fəaliyyət göstərən İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin başçısı Sinan Ülgen bildirib.

“İkincisi, siyasi həll səbəbilə kifayət qədər təhlükəsizlik zəmanəti yaranacaq və bu, Türkiyədəki suriyalı qaçqınların evlərinə geri dönmələrinə gətirib çıxaracaq. Bunlar Türkiyə hökümətinin Suriya ilə bağlı iki məqsədidir” – o əlavə edib.

Türkiyə 3.5 milyon Suriya qaçqınlarına ev sahibliyi etdiyini iddia edir. Ankara ilə Moskva arasındakı İdlib razılığı hələlik Türkiyəyə yeni qaçqın axın təhlükəsinin qarşısını alıb.

XS
SM
MD
LG