Accessibility links

Təhlilçilər: Rusiya koronavirusdan Qərbdə ixtilaf yaratmaq məqsədilə istifadə edir


Helqa Şmid

Ekspertlərin Amerikanın Səsinə bildirdiyinə görə, Qərb mediasında dezinformasiya kampaniyasının arxasında Rusiyanın olduğu və bu dezinformasiya kampaniyasının məqsədi panika və müttəfiqlər arasında fikir ayrılıqları yaratmaq olduğu ehtimal olunur.

Avropa İttifaqı Moskvanı internetdə ingilis, ispan, italiyan, alman və fransız dillərində “ziddiyətli, çaşdırıcı və bədniyyətli məlumatlarla” dolu saxta xəbərlər yaymaqda ittiham edib.

Reuters xəbər agnetliyi çərənbə günü Avropa Xarici Fəaliyyət Xidmətinin martın 16-da doqquz səhifəlik daxili sənəd dərc edib və həmin sənəddə Kremlin deinformasiyasının məqsədinin QƏrb ölkələrində ictimai sağlamlıq böhranını qəlizləşdirmək olduğunu və bunun Kremlin Avropa cəmiyyətlərini sarsıtmaq strategiyasına uyğundur.

Reuters-in əlinə keçən həmin sənəddə deyilir ki, Aİ-nın məlumat bazasında yanvarın 22-dən bəri koronaivrusla bağlı 80 dezinformasiya kampaniyası qeydə alınıb. Onların bəzilərində hətta koronavirusun ABŞ-ın bioloji silahl olduğu iddia edilib.

Kremlin sözçüsü Dmitri Peskov spesifik misalların irəli sürülmədiyini bildirərək ittihamları rədd edib.

“Biz yenə də bəzi əsassız ittihamlarla üzləşirik və çox güman ki, hazırkı vəziyyətdə bu ittihamlar Rusiya əlayhinə vəsvəsəinin nəticəsidir,” o deyib.

Lakin rusiyalı təhlilçilər Amerikanın Səsinə bildirib ki, Rusiya höküməti Qərbə qarşı informaiya müharibəsində koronavirus böhranından öz xeyrinə istifadə edir.

Rusiyada 200-dən az COVID-ə yoluxma və bir ölüm halı, Avropada isə 80 min yoluxma halı, 3500-dən çox ölüm faktı qeydə alınıb.

“Rusiya mediası bu rəqəmlərdən istifadə edərək koronavirusun Rusiyada sürətlər yayaılmasının qarşısını aldığı üçün Rusiya höküməti və şəxsən Vladimir Putini alqışlayır,” siyasi təhlilçi və tarixçi Piter Eltsov bildirib.

O deyib ki, Rusiya mediası həmçinin hətta Çinin böhranı Avropa İttifaqı və Birləşmiş Ştatlardan daha yaxşı idarə ettiyini iddia edir.

“Bəzi tolk şoular konspirasiya nəzəriyyələri irəli sürür və ABŞ hökümətinin koronavirusu yaradıb, ondan biooloji silah kimi istifadə etdiyini iddia edir,” o deyir.

Eltsov bildirir ki, bu təxribatın məqsədi Avropa İttifaqı, NATO və Birləşmiş Ştatlarda xaos və ixtilaf yaratmaqdır.

XS
SM
MD
LG