Accessibility links

"Təhsil Nazirliyi tələbələrin problemlərini həll etməkdənsə onları polisə təhvil verir"


Ülvi Həsənli

NİDA Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Ülvi Həsənli Amerikanın Səsinə müsahibəsində "Tələbə Tələbi" təşəbbüs qrupunun təhsil ödənişinin və imtahanların ləğvi ilə bağlı müraciəti və Təhsil Nazirliyinin bu müraciətə verdiyi reaksiya haqqında danışıb.

"Təhsil Nazirliyi tələbələrin problemlərini həll etməkdənsə onları polisə təhvil verir"
please wait

No media source currently available

0:00 0:14:57 0:00

Siyasi fəalın sözlərinə görə, tələbələr öz tələblərində haqlıdırlar. Çünki, pandemiya ilə əlaqədar elan olunan karantinə görə martın əvvəlindən bəri universitetlər bağlanıb. Yalnız aprel ayından etibarən mühazirə dərslərinin onlayn tədrisi başlanılıb, lakin bu dərslər də texniki cəhətdən bütün tələbələr üçün əlçatan deyil. Buna baxmayaraq, universitetlər iyul ayında imtahanları keçirməyi və ondan əvvəl də semestr ödənişlərini almağı planlaşdırır.

“Bununla bağlı olaraq da bir qrup tələbə hökümətə çağırış elədilər, problemləri səsləndirdilər ki, hökümət, bu məsələyə bir əncam çək. Yəni ki, bu ədalətsizlikdir, bu haqsızlıqdır. Bu onu göstərir ki, Təhsil Nazirliyinin məqsədi, prinsipi tələbələrə dərs keçmək yox, tələbələrdən yuxarı təhsil haqlarını toplamaqdır. Rüstəm və bir qrup tələbə də bu problemi hökümətə çatdırmağa çalışlar.”

Tələbələr problemləri səsləndirdilər ki, hökümət, bu məsələyə bir əncam çək.

Cənab Həsənli əlavə edir ki, gənclərin əsas məqsədi aksiya etmək yox, sadəcə bu məsələni ictimaiyyətin qarşısında, nümayişkaranə şəkildə Təhsil Nazirliyinə çatdırmaq istəyirdilər ki, cəmiyyətdə bu problem müzakirə olunsun. Bu da çox normal, sivil bir hərəkətdir.

“Amma biz təhsil və gənclərin maarifləndirməsi adına məsul olan dövlət qurumun etdiyi çox üzqaraldıcı bir hərəkətə şahid olduq. Onlar Rüstəm İsmayılbəyli və Allahverdi Həsənovu polislərin müşaiəti ilə Təhsil Nazirliyinin binasına dəvət edərək onları polisə təhvil verirlər.

Təhsil nazirinin müşaviri Elnur Məmmədovun nazirliyinin təhlükəsizlik kamerasından yaydığı bir video var idi, orada da görünür ki, 18-ci bölmənin rəisi, deputat Sahib Alıyevin qardaşı rəsmi polis forması olan digər bir nəfərlə birlikdə hər iki gənci Təhsil Nazirliyindən çıxardıb, polis bölməsinə aparır. Təhsil Nazirliyi tələbələrin problemlərini həll etməkdənsə onları polisə təhvil verir və onların cəzalandırılmasına çalışır.”

"Tələbə Tələbi" layihəsinin təsisçisi Rüstəm İsmayılbəyli polisin müşayiəti ilə nazirlikdən çıxarılır
please wait

No media source currently available

0:00 0:00:34 0:00

NİDA Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü bildirir ki, Rüstəm İsmayılbəyli əslində ödənişsiz əsaslarla təhsil alır və onun özünün bu məsələ ilə bağlı birbaşa çətinliyi yox idi. Amma buna baxmayaraq o, özündə bir cəsarət taparaq digər tələbərin problemlərini dilə gətirərək, bu narahatlığın işıqlandırılması, müzakirə olunması məsuliyyətini öz üzərinə götürdü.

Bu problemlər gələcəkdə hansısa formada özünü biruzə verəcək.

“Amma çox təəssüf ki, Təhsil Nazirliyi problem görməyin əvəzinə və problem daha çox qorxuyla, cəzayla ört basdır eləmək istəyir. Lakin hökümət nəzərə almalıdır ki, bu problemlər gələcəkdə hansısa formada özünü biruzə verəcək. Universitetlərdə problemlər artıqca və hökümət buna bu cür reaksiya verməyə davam etdikcə, bu nə cəmiyyət, nə tələbələr, nə də universitet üçün müsbət nəticələnməyə bilər.”

Ülvi Həsənli qeyd edir ki, digər tələbələr də qarşılaşdığı problemləri öz fakultələrində, öz universitetlərində rəhbərlik qarşısında mütləq qaldırmalıdırlar.

“Universitetlərin tələbə həmrəylik təşkilatları var, guya onlar tələbələrin haqlarını müdafiə etməlidirlər. Amma çox təəssüf ki, onlar universitet və ölkə rəhbərliyinə yaltaqlıq eləməklə məşğuldurlar. Tələbələr isə öz problemlərinin həllini kütləvi şəkildə tələb etməlidirlər. Yoxsa onların yerinə heç kim gəlib bu problemləri gəlib həll etməyəcək.

Tələbə həmrəylik təşkilatları tələbənin hüquqlarını qorumaq əvəzinə universitet və ölkə rəhbərliyinə yaltaqlıq eləməklə məşğuldur.

Biz universitetlərdə indiyə qədər böyük etirazların şahidi olmuşuq. Nə vaxt ki, tələbələr kütləvi şəkildə universitet qarşısında problemlərini dilə gətiribsə həmin vaxt, həmin insanların problemlərinin böyük hissəsi həll olunub. Hökümət vəziyyəti o həddə gətirməməlidir.”

Şərhlərə bax

XS
SM
MD
LG