Accessibility links

"Təhsilin idarə olunmasına yanaşma dəyişməlidir" - Yeni nazirdən gözləntilər


Emin Əmrullayev
Emin Əmrullayev

Azərbaycan prezidentinin sərəncamı ilə Emin Əmrullayev ölkənin yeni təhsil naziri təyin edilib.

Bundan öncə o, Təhsil İnstitutuna, ona qədərsə Təhsil Nazirliyinin təhsil proqramlarının inkişafı şöbəsinə rəhbərlik edib.

Ötən həftə Ceyhun Bayramov Azərbaycanın xarici işlər naziri təyin edildikdən sonra təhsil naziri vəzifəsi vakant idi.

Təhsil Xidməti Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov Amerikanın Səsinə bildirib ki, ən vacib nüans Mikayıl Cababrovun komandası ilə başlayan və sonra Cehyun Bayramovun komandası ilə davam edən nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünün kəsilməsi prinsipləri davam etməlidir.

“Yəni yüksək səviyyədə belə hallara rast gəlmək son 6 ildə mümkün deyildi. Son 6 ildə təhsil sistemində ciddi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşib, kadr islahatları aparılıb.”

Kamran Əsədov
Kamran Əsədov

Ekspertin firkincə, Əmurullayevdən əvvəlki təhsil nazirlərinin həll etmədiyi bir sıra problemlər qalmaqdadır.

“Belə ki, onların dövründə:

1. Pedaqoji təhsil olmayan şəxslər hələ də direktor vəzifəsində qaldı. Hətta onların dövründə müsahibədən keçib təyin olunub.

2. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Xəstə öləndən sonra təcili yardım gələn kimi olurdu hər şey.

3. Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı işdən azad edilmədi.

4. İctimaiyyətlə əlaqələr şöbəsi operativ şəkildə həyata keçirilməlidir.

5. Vətəndaşların müraciətləri qısa müddətdə həyata keçirilməlidir,” o qeyd edib.

Ekspert hesab edir ki, yeni nazir açağıdakı sahələrdə islahatları dərinləşdirməlidir:

“Yeni nazirdən gözləntilərim:

1. Şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir.

2. Uşaq baxçaları Təhsil Nazirliyinə birləşdirilməlidir.

3. Ali məktəblər üçün islahatlar aparılmalıdır.

4. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir.

5. Yuxarıda müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir.

6. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur.

7. “Təhsil haqqında” qanun yenidən işlənib hazırlanmalıdır.

8. Təhsilin idarə olunmasına yanaşma dəyişməli, məktəblərin özünü maliyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır,” Əsədov Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG