Accessibility links

“Tək adam” barəsində ailəsinə məlumat verilmir


Rafael Hüseynzadə
Rafael Hüseynzadə

Yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılan Rafael Hüseynzadə barəsində hansı tədbir seçilməsi barədə indiyədək ailəsinə xəbər verilməyib. Bu barədə Amerikanın Səsinə Hüseynzadənin atası Füzuli Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 25-də saat 17 radələrində polisdən zəng edib oğlunun Nəsimi Rayon Məhkəməsinə aparılması barədə məlumat veriblər.

Füzuli Hüseynov təkbaşına aksiya keçirirərkən
Füzuli Hüseynov təkbaşına aksiya keçirirərkən

“Bundan sonra oğlumun taleyi ilə bağlı hər hansı məlumat verilməyib. Oğlumun harada saxlanıldığı, nədə günahlandırıldığı barədə ailəmiz məlumatsızdır,” Hüseynov qeyd edib.

Azərbaycanda "tək adam" aksiyası termini Füzuli Hüseynovla bağlıdır. Belə ki, Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə və xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.

Ölkədə demokratiyanın qurulması oğlum və mənim ən böyük arzumdur və bu yolda mübarizəmizi davm etdirəcəyik.
Füzuli Hüseynov, "Tək adam" aksiyasının müəllifi

“Mən oğluma aksiya keçirməsini təbliğ etməmişəm. Bu onun vətəndaş olaraq öz istəyidir. Oğlum hər hansı siyasi partiyanın üzvü deyil. Ölkədə demokratiyanın qurulması oğlum və mənim ən böyük arzumdur və bu yolda mübarizəmizi davm etdirəcəyik,” Füzuli Hüseynov qeyd eidb.

Rəsmi qurumlardan Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG