Accessibility links

“Tələbə tələbi” Hərəkatının rəhbəri həbs edilib, 5 fəal cərimələnib


Rüstəm İsmayılbəyli aksiyada

İyunun 1-də Təhsil Nazirliyinin binası qarşısında “Ödənişi ləğv et! və “İmtahanları ləğv et!” şüarları altında keçirilən aksiyanın tələblərini nazirliyə təqdim edən “Tələbə tələbi” Hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli inzibati qaydada 15 sutka həbs edilib.

Bu barədə "Tələbəb tələbi" Hərəkatı məlumat yayıb.

Məlumata görə, İsmayılbəyli Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) və 535.1-ci maddələri ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib.

Həmçinin aksiyanın digər 5 iştirakçılsı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozmaqda günahlı bilinərək, - İlham Əhmədov, Vüqar Mirzəbəyov, Rəhim Əhmədovun hər biri 100 manat, Qiyas İbrahim, Allahverdi Həsənov 200 manat cərimə edilib.

Tələbə tələbi Hərkatı
Tələbə tələbi Hərkatı

“Rüstəm İsmayılbəyli iyunun 1-də Təhsil Nazirliyinin qarşısında tələbələrin adından semester ödənişinin ləğv edilməsi tələbi irəli sürərkən qanunsuz olaraq saxlanılıb. Təmsil etdiyi tələbələrin ona dəstək olmasına çağırırıq ! Rüstəmi azad edin!” – “Tələbə tələbi” Hərəkatı bildirib.

Hərəkat həmçinin sosial şəbəkələrdə #imtahanlarıləğvet #təhsilhaqqınıləğvet haştaqları ilə aksiya keçirir.

Hərəkat bildirir ki, karantin dövründə bütün universitetlərdə dərslərlə bağlı problemlər yaşanıb.

“Hər gün səhifəmizə bununla bağlı şikayətlər gəlirdi. Problemlərin məğzi eyni idi: ya ödəniş problemi, ya da imtahan. Bu gün bununla bağlı Təhsil Nazirliyinin önündə sizin yerinizə də müraciət ünvanladıq və cərimə olunduq. Tələbələrin təhsil haqqını ödəməkdə çətinlik çəkməsi yetməzmiş kimi onların boynuna cərimə ödəmək də yükləndi. Buna görə də ictimai aksiya başlatmaq qərarına gəldik. Cərimələri ödəmək üçün 1 AZN-dən toplamağa başlayacağıq,” “Tələbə tələbi” Hərkatı facebook səhifəsində insanlara müraciət edib.

XS
SM
MD
LG