İyunun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliy ilə 15 günlük inzibati həbs cəzası almış "Tələlə tələbi" adlı hərəkatın sədri Rüstəm İ̇smayılbəylinin apellyasiya şikayətinə baxılıb və təmin edilməyib.
İyunun 1-də Təhsil Nazirliyinin binası qarşısında “Ödənişi ləğv et! və “İmtahanları ləğv et!” şüarları altında keçirilən aksiyanın tələblərini nazirliyə təqdim edən “Tələbə tələbi” Hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli inzibati qaydada 15 sutka həbs edilib.
Həmçinin aksiyanın digər 5 iştirakçılsı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozmaqda günahlı bilinərək, - İlham Əhmədov, Vüqar Mirzəbəyov, Rəhim Əhmədovun hər biri 100 manat, Qiyas İbrahim, Allahverdi Həsənov 200 manat cərimə edilib.
Bugünkü məhkəmə prosesində vəkil Zibeydə Sadıqova həm Rüstəmə fiziki təzyiq şikayəti, həm də ona qarşı ittihamların araşdırılması üçün kamera görüntülərinə baxış, polislərin dindirilməsi və s. haqda 10-a qədər vəsatət verib.
Məhkəməyə gətirilən Rüstəm İsmayılbəyli ittihamları qəbul etməyib.
Tələbə həmçinin işgəncəyə məruz qaldığını söyləyib.
Amma məhkəmə vəkilin vəsatətlərini təmin etməyib.
Məhkəmə Rüstəm İ̇smayılbəylinin apellyasiya şikayətini təmin etməyib. Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.
Tələbənin atası Hüseyn İsmayılbəyli jurnalistlərə deyib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.
İyunun 1-də "Tələbə tələbi" adlı hərəkatın iştirakçıları "Ödənişi ləğv et!" və "İmtahanları ləğv et!" tələbi ilə Təhsil Nazirliyinin qarşısında aksiya keçirib.
Azrbaycanda martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.
Təhsil Nazirliyi tələbələri qəbul etmir. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əgər təhsil müəssisələrinin təşkil etdiyi məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən, nəticədə imtahanda iştiraka hazır olmayan tələbələr varsa, onlar üçün də avqust ayı ərzində 3-4 həftəlik mühazirələr təşkil olunacaq.
Daxili İşlər Nazirliyi isə indiyədək, bir qayda olaraq, inzibati qaydada həbs olunanların saxlanarkən və ya sonradan təcridxanada fiziki təzyiqə məruz qalması barədə iddiaları təkzib edib.